BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi, Haaqa şəhər Meriyasının patronajlığı ilə təşkil olunan və artıq ənənəyə çevrilmiş “Səfirlik Festivalı”nda iştirak edib.

Qlobal sülh və ədalətin simvolu sayılan Haaqanın mərkəzində – tarixi Lange Voorhout meydanında baş tutan bu möhtəşəm tədbir, bu il də dünya xalqlarının zəngin mədəni irsini bir araya gətirərək “bir gündə dünya səyahəti” devizi altında minlərlə ziyarətçiyə unudulmaz anlar yaşadıb. Tədbirdə təxminən altmış ölkə öz milli pavilyonları ilə iştirak edərək, milli dəyərlərini nümayiş etdiriblər.

Bu mötəbər mədəniyyət platformasında qurulan Azərbaycan pavilyonu, öz zənginliyi və rəngarəngliyi ilə festivalın ən çox ziyarət olunan guşələrindən birinə çevrilib. Burada təqdim olunan Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialına aid materiallar və ekspanatlar, o cümlədən xalça nümunələri və milli geyimlərimiz, eləcə də plov, dolma, kabab, qutab, milli şirniyyatlar kimi ləziz mətbəx nümunələri ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycan mədəniyyətinin dadı, rəngi və ruhu bu pavilyonda bir araya gələrək ölkəmizi ləyaqətlə təmsil edib.

Haaqa şəhərinin meri Yan van Zanen Azərbaycan pavilyonuna baş çəkərək, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə və orada toplaşmış soydaşlarımızla səmimi söhbət aparıb. O, ölkəmizin festivalda fəal iştirakı ilə bağlı məmnunluğunu ifadə edib, Azərbaycan xalqının zəngin mədəni irsi və qonaqpərvərlik ənənələrinə duyduğu dərin heyranlığını bölüşüb.

Festival çərçivəsində təşkil olunan musiqi proqramında Avropada yaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu səhnəyə çıxaraq, Azərbaycan milli rəqslərini təqdim edib. Rəqslərimizin ritmi, estetikası və enerji dolu hərəkətləri festival tamaşaçılarını valeh edib, ifalar böyük alqış və coşqu ilə qarşılanıb. O qədər təsirli bir atmosfer yaranıb ki, çoxsaylı ziyarətçi rəqqaslara qoşularaq Azərbaycan milli rəqslərini, o cümlədən “Yallı” rəqsini birlikdə ifa edib milli mədəniyyətimizə öz rəğbətlərini nümayiş etdiriblər. Bu məqam, təkcə mədəniyyətimizin deyil, həm də birliyimizin və enerjimizin təntənəsinə çevrilib.

Bu festival, Azərbaycan mədəniyyətinin beynəlxalq platformada uğurla tanıdılması baxımından önəmli addım olmaqla yanaşı, xalqımızın irsini, qonaqpərvərliyini və yaradıcı ruhunu bir daha nümayiş etdirib.

image-whatsapp-image-2025-09-09-at-21-51-11_857b027e image-whatsapp-image-2025-09-09-at-21-51-11_c288b874 image-whatsapp-image-2025-09-09-at-21-51-11_c1241019 image-whatsapp-image-2025-09-09-at-21-51-12_146d2639 image-whatsapp-image-2025-09-09-at-21-51-12_a71d5152 image-whatsapp-image-2025-09-09-at-21-51-13_9dcf5014 image-whatsapp-image-2025-09-09-at-21-51-13_abee7367 image-whatsapp-image-2025-09-09-at-21-51-14_9a41f53c image-whatsapp-image-2025-09-09-at-21-51-15_165e3372 image-whatsapp-image-2025-09-09-at-21-51-17_03a98654 image-whatsapp-image-2025-09-09-at-21-51-19_ad870d2c

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər