BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş Azadlığın qanla yazılan səhifəsi adlı anım mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri, ictimaiyyət üzvləri, tələbələr və jurnalistlər iştirak ediblər. 
Əvvəlcə mərasim iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan "İstiqlaliyyətə gedən yol" adlı fotosərgi ilə tanış olublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 20 Yanvar tarixinin Azərbaycan xalqının tarixində xüsusi və əlamətdar yer tutduğunu bildirib. O qeyd edib ki, bu hadisə yalnız faciə kimi deyil, eyni zamanda xalqımızın azadlıq və müstəqillik iradəsinin parlaq ifadəsi, milli oyanış və özünüdərk prosesinin mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Səfir vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib. Hüseyn Quliyev bildirib ki, həmin hadisələr zamanı günahsız insanların həyatını itirməsi böyük faciə olmaqla yanaşı, xalqın mübarizə ruhunu sındıra bilməmişdir. O qeyd edib ki, şəhidlərin xatirəsi Azərbaycan dövləti və xalqı tərəfindən daim uca tutulur, onların fədakarlığı müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində mühüm mənəvi dayaqlardan biridir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında 20 Yanvarın Azərbaycan xalqının həm dərin faciəsi, həm də qəhrəmanlıq və milli iradə salnaməsi olduğunu vurğulayıb. O bildirib ki, həmin gün xalqımız ağır siyasi və mənəvi sınaqlarla üzləşsə də, öz azadlıq ideallarına sadiqliyini qoruyub saxlamışdır. Direktor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinə ilk gündən etibarən prinsipial mövqe nümayiş etdirmiş, bu hadisələrə obyektiv siyasi və hüquqi qiymət verilməsinin əsasını qoymuşdur. Akif Marifli vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsinə xüsusi diqqət yetirilir, onların qəhrəmanlığı dövlət səviyyəsində ehtiramla yad edilir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm yer tutur.
Çıxış edən digər natiqlər - Daşkənd şəhər Şurasının deputatı, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şermuhamedova, Mirzə Uluqbey adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor Niginahon Şermuxamedova, Azərbaycanın "Xalq qəzeti"nin Türküstan üzrə xüsusi müxbiri, hadisələrin canlı şahidi, "Qara Yanvar" mövzusunda kitabların müəllifi Qulu Kəngərli, soydaşımız İsmayıl Məmmədov və başqaları 20 Yanvar hadisələrinin uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucalması ilə yadda qaldığını bildiriblər. Onlar vurğulayıblar ki, bu faciədən sonra Azərbaycan xalqının ictimai şüurunda və azadlıq ideyalarında ciddi dəyişikliklər baş vermiş, xalq müstəqillik uğrunda mübarizənin dönüş nöqtəsində vahid ideya ətrafında birləşmişdir.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin "Xarı Bülbül" teatr truppasının üzvləri 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndiriblər.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər