
Estoniya Diplomatik Məktəbinin saytında ölkələrimiz arasında münasibətlərin 30 illiyi ilə bağlı məqalə dərc olunub
Azərbaycan Respublikası və Estoniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Estoniya Diplomatik Məktəbinin rəsmi internet səhifəsində “Estoniya və Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edir” sərlövhəli məqalə dərc olunub.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan ilə Estoniya arasında əlaqələrin möhkəm ənənəvi dostluq və qarşılıqlı anlaşma əsasında qurulduğu, yüksək səviyyəli səfərlərin və fəal parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.Bundan başqa, yazıda Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iqtisadi sahədə əlaqələrin inkişafına təkan verdiyi, son illər ərzində həm Bakıda, həm də Tallində biznes forumların keçirildiyi qeyd olunub. İki ölkə arasında əlaqələrin xüsusilə humanitar, təhsil, informasiya-texnologiyaları və e-idarəçilik sahələrində inkişaf etdirildiyi bildirilib. Bu xüsusda, “Şuşa İli” çərçivəsində iyulun 19-da Tallində “Azərbaycan naxışları” adlı sərginin keçirildiyi diqqətə çatdırılıb.Yazıda Azərbaycanın və Estoniyanın BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdikləri vurğulanıb.Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: