BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin çıxarılması prosesi həyata keçirilir. Lakin xüsusi vurğulamaq lazımdır ki, ermənilər bu prosesdə də öz barbarlıqlarını və vandallıqlarını nümayiş etdirirlər. Belə ki, onlar torpaqlarımızı tərk edərkən ərazilərə od vurur və nəinki evləri, eləcə də meşələri yandırırlar. Bütün bunlar erməni xislətinin bariz nümunələridir. Eyni zamanda, qeyd olunmalıdır ki, Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin qeyri-qanuni məskunlaşdırılması siyasəti uzun illər davam etdirilib. Hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyi bu müharibə cinayətlərinə görə cavab verməlidir.Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.Politoloq bildirib ki, Cenevrə Konvensiyasının və onun əlavə protokollarının kobud şəkildə pozulması göz qabağındadır. Eyni zamanda, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi Azərbaycana bir sıra geostrateji üstünlüklər qazandırır. Bu yol üzərində nəzarətin daha da gücləndirilməsi prosesi həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bir daha nümayiş etdirdi ki, təhlükəsizliyin təmin olunması, regionun hərbsizləşdirilməsi və üçtərəfli Birgə Bəyanatın implementasiyası Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti “nəyi, necə, nə vaxt etmək lazımdır” tezisi ilə ideoloji konsepsiya formalaşdırıb. Həm torpaqların işğaldan azad olunması, həm də postmüharibə reallıqları kontekstində milli maraqlarımız çərçivəsində bütün proseslərin həll edilməsinin şahidi oluruq. Bu da ölkəmizə bir sıra üstünlüklər qazandırır. Azərbaycan tərəfi nəinki üçtərəfli Birgə Bəyanatda qeyd olunmuş maddələrin icra edilməsində yaxından iştirak edir və müxtəlif təşəbbüslər irəli sürür, eyni zamanda, digər məsələlərin də siyasi gündəliyə salınmasına böyük səylə çalışır. Bu xüsusda, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın aqibətinin müəyyən olunması, eləcə də Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərə məhz dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər sayəsində başlanılıb. Həmçinin iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpa edilməsi, kommunikasiya xətlərinin açılması Azərbaycana nəqliyyat-logistika baxımından da bir sıra üstünlüklər qazandıracaq ki, ölkəmiz bununla da regionun inkişaf xəritəsində mühüm rol oynayacaq”, - deyə İ.Hüseynov qeyd edib.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər