BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün mən özümü ən xoşbəxt gənclərdən biri hesab edə bilərəm. Çünki Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə, zəngin və gözəl təbiətə malik olmaqla yanaşı istedadlar yurdu olan, Azərbaycanın musiqi beşiyi, Şərqin mədəniyyət paytaxtı hesab olunan Şuşa şəhərinə təşkil olunan səfərdə iştirak etdim. Əslən Şuşadan olan bir gənc kimi, vaxtı ilə Şuşa xanı Pənahəli Xan tərəfindən salınan, Şuşada mövcud olan 17 məhəllədən biri olan “Çuxur məhlə” deyilən məhəlləsindən olan ana nəslimin yaşayıb, yaratdığı o torpaqları ziyarət etdim.

Şuşada olduğum zaman böyük şairimiz Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi və Vaqifin Türbəsini, böyük Üzeyir bəyin, Bülbülün, Natəvanın büstlərini ziyarət etdim. Açığını deyim ki, mən Avstriyada təhsil aldığım ötən 3 il ərzində çox muzeylərə səyahət etmişəm, böyük sənət əsərlərinə baxmışam. Amma Şuşada gördüyüm bu sənət nümunələri mənim üçün sadəcə bir sənət əsərləri yox, dövlətimizin işğaldan sonra yenidən bərpa etdiyi  qəhrəmanlıq nümunələri idi. Bütün bunlar düşmənin gözünə və qəlbinə saplanan və Azərbaycanın tarixini əks etdirən bir igidlik oxudur. Bu yerlərin təbiəti, havası dünyanın heç bir yerinə bənzəməz… Yenilməz Cıdır düzünü gəzdikcə beynimdə Üzeyir bəyin insanı riqqətə gətirən üverturası, Vasif Adığözəlovun Qarabağ aratoriyası səslənirdi. Mən ruhən qəlbimə işləyən muğamlarımızın sədalarını eşidirdim o yerlərdə. Bəzən, 28 il mənfur düşmən tapdağı altında əzilən, şəhidlərimizin qanı ilə sulanaraq azad edilən və yaralarına igidlərimizin məlhəm qoyduğu o torpaqlarda bir az da ehtiyatla gəzirdim… onu incitməmək üçün, yaralarının tam sağalması üçün! Cıdır düzü başının üstündə parlayan günəşin parlaq şəfəqlərilə gülümsəyərək qarşıladı bizi… Qırxqız yaylağına tərəf boylanarkən mən al kəlağayıdaydım. Nədənsə, bu anlarda yadıma “Dədə-Qorqud” filmindən Günel və onun bu dağlara baxarkən yaşmaq tutmağı düşdü… bu Qarabağ gözəllərinin həya, ismət yaşmağı idi…Bizim Şuşada olduğumuz vaxt, Xan qızı Xurşudbanu Natəvanın 190 illik günlərinə təsadüf edirdi. Qarabağda dövrünün böyük ziyalısı və gözəl şairə kimi məhşur olan Xurşudbanu xanım, həm də Qarabağ qadınlarının dəyər simvolu idi. Təsadüfi deyil ki, Şuşa yalnız bəylərin deyil, həm də xanımlarının təhsilli, kübar, istedadlı olmaları ilə də seçilən bir məkan olub. Bir çox həkimlər, alimlər, pedaqoqlar kimi, Azərbaycanın Fortapiano üzrə ilk Ali təhsil alan qadın pianoçuları Firuzə xanım Qacar və Nəzirə xanım Şah Mirzə də Şuşanın yetirmələridir. Bu gün Avstriya Konservatoriyasında təhsil alan Şuşalı bir gənc kimi mənim də məqsədim, bu sənət korifeylərinin yolunu davam etdirməkdir.

 

 

Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, əslən Şuşadan olan gənc pianoçu Ayan Məmmədli

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər