
Siyasət
19.08.2022 / 12:07
CAR Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır
Cənubi Afrika Respublikası (CAR) Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.AZƏRTAC xəbər verir ki, bunu avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Duba söyləyib.Dipuo Berta Letsatsi-Duba qeyd edib ki, ölkəsi Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərir.Diplomat, həmçinin Cənubi Afrika Respublikası-Azərbaycan münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.