BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

SEVƏN, SEVİLƏN, ÜMİD VERƏN, İŞIQ SAÇAN VƏ DÜŞÜNDÜRƏN SƏNƏTKAR...Dünyanı valeh edən azərbaycanlı...Artıq bir neçə ildir ki, 17 avqust tarixini şəxsi keyfiyyətləri, geniş yaradıcılıq fəaliyyəti ilə adını tarixə həkk etdirmiş SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Müslüm Maqomayevin doğum günü kimi qeyd edirəm.M.Maqomayev Azərbaycana və bir azərbaycanlı kimi dünyaya xidmət etmək üçün doğulmuşdu. O, gənc yaşlarından öz vəzifəsini qəbul edərək bu vəzifənin layiqincə yerinə yetirilməsi yolunda qarşıda gələcək illər boyunca dayanmadan çalışacaq. Bu illərdə opera tamaşalarında bir-birindən fərqli obrazların mükəmməl yaradıcısı, kamera-vokal əsərlərinin ifaçısı, yüzlərlə estrada mahnılarının ən gözəl təfsirçisi olacaq. Tükənməyən yaradıcılıq xəzinəsinə həm müğənni, həm də bir bəstəkar kimi onlarla musiqi nümunəsini, rəsm əsərlərini miras qoyacaq. Bir vətəndaş kimi qeyd edilənlərlə kifayətlənməyən M.Maqomayev ictimai xadim qismində də yazdığı məqalələri ilə öz töhfəsini verəcək. Qarşıda duran çoxsaylı vəzifələr arasında, həmçinin, dünyada baş verən müharibələri, mədəniyyət xadimlərinin qarşılaşdıqları problemləri və digər onlarla məsələni işıqlandırmaq idi.Bütün sadalananlar həyata keçdi. M.Maqomayev öz həyatını vətənə qurban verməyə hazır müsəlləh əsgər kimi yaşadı. O, milyonlarla musiqisevərin ruhunu oxşadı, minlərlə vokal ifaçısına örnək oldu və olmaqdadır.Bir insan nə qədər yükə tab gətirə bilər? M.Maqomayev bütün sadaladıqlarımı özünə yük bilmədən, sevərək yerinə yetirdi. O, 2008-ci ildən cismən bizi tərk etsə də, yaratdığı sənət nümunələri və özündən sonrakı ifaçılara açdığı işıqlı yol ilə hələ də bizimlədir.M.Maqomayev mənim yaradıcılıq yoluma da işıq saçdı. Professional səhnədə ifa etdiyim ilk əsər də məhz M.Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Baharlı yurdum - Azərbaycan" mahnısı idi. 22 illik səhnə fəaliyyətim ərzində iştirak etdiyim konsertlərin bir çoxuna M.Maqomayevin repertuarını səsləndirmək üçün dəvət aldım. 2021-ci ildə müdafiə etdiyim və buna görə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığım dissertasiya işi də məhz M.Maqomayevə həsr olunmuşdu.M.Maqomayev vokal ifaçılarının ilham mənbəyidir. Sevən, sevilən, sayılan, ümid verən, işıq saçan, yol açan, düşündürən və digər ifadələrlə xatırlanır Azərbaycanın dünyaca məşhur ilk bariton səsli vokal ifaçısı.Doğum günün mübarək, böyük sənətkar! 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər