BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Qazaxıstan-Azərbaycan münasibətləri Orta Asiya və Cənubi Qafqaz regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir". Bu fikirləri saytımıza Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

O deyib ki, istər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövrü tariximizdə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olub: "Ən yaxın siyasi keçmişimizin çətin dövrlərində, artıq tarixə qovuşmuş münaqişə dövrü tariximizdə qardaş ölkə istər siyasi diplomatik istərsə də mənəvi-siyasi baxımdan həmişə Azərbaycanın yanında olub. Əldə etdiyimiz tarixi Zəfərimizdən sonra da Qazxaıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizn yenidən qurulması prosesində iştirak etmək istəyən ,həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində də Qazxıstan təmsilçiləri birinci yerdədir. Təsadüfi deyil ki, qardaş ölkənin prezidenti Qasım Jomart Tokayevin Azərbaycan səfərinin rəsmi tərəfi ilə bərabər mənəvi-siyasi tərəfi də yadda qalan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan dövlətinin ən ali mükafatı Altın Qıran-Qızıl Qartal ordeni ilə təltif edilməsi yuxarıda dediklərimizin əyani sübutudur. Elə Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdim edilməsi də bəhs etdiyimiz mənəvi-siyasi münasibətlərin əsas göstəricilərindən biri hesab edilə bilər. Çünki Qarabağ Azərbaycanın musiqi beşiyi mədəniyyət mərkəzlərindən biridir. Kurmanqazı Saqırbayulu da 19-cu əsrin əvvəllərində yaşamış böyük qazax musiqiçisi və bəstəkarıdır. Onun dombra üçün yazdığı "küy"lər bu gün də qazax musiqi yaradıcılığının əsas ilham mənbələrindən biridir. Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması isə ayrıca bir hadisədir. Çünki Türküstan Əl Fərabi ət Türkün, Əhməd Yəsəvinin, Şuşa İsə Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəyovun vətənidir. Göründüyü kimi, bütün bunlar xüsisi diqqət və uzaqgörən hədəflərə hesablanaraq atılan, tarixi ortaq köklərimizə hesablanan qərarlardır. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq".

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər