BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Belə bir vaxtda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri əməkdaşlıqda yeni mərhələnin başlandığını deməyə əsas verir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verən 20-dən çox sənədin imzalanması əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir. Xüsusilə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji əlaqələrin gücləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə”də kifayət qədər əhəmiyyətli məsələlər əksini tapıb. Belə ki, siyasi əlaqələrin inkişaf etdirilməsi, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstək, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərin əlaqələndirilməsi, eyni zamanda, iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib."Prezident İlham Əliyevin də söylədiyi kimi, bu Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin də qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA kimi təşkilatlar çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var", - deyə deputat qeyd edib.Onun sözlərinə görə, bu vaxta qədər iki ölkə arasında imzalanam 119 ikitərəfli sənəd münasibətlərin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib.“Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Postmünaqişə dövründə də Qazaxıstan bizim yanımızdadır. Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü bu dəstəyin davam etdiyini təsdiqləyir.Bu səfər, eyni zamanda, bütövlükdə türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Dövlətimizin başçısı əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir, iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda türkdilli ölkələr arasında inteqrasiya prosesinin geniş vüsət almasında Azərbaycan uğurlu körpü rolunu oynayır. Bu uğurlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsidir. Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verməkdədir”, - deyə Könül Nurullayeva vurğulayıb.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər