BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda regional əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi mühüm yer tutur. Məhz bu kontekstdə Azərbaycan Cənubi Qafqazın mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir.Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, hazırda Cənubi Qafqazın lider dövləti Azərbaycan, eyni zamanda, Avropa İttifaqı ilə Orta Asiyanın türk dövlətləri arasında etibarlı körpü rolunu da oynayır. Bunu bu il Bakıya səfər edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen etiraf edib. Daha doğrusu həmin səfər zamanı çıxışlarında, həmçinin sosial şəbəkə hesablarındakı paylaşımlarında Azərbaycanı bölgədə parlayan bir ulduz olaraq dəyərləndirən xanım Ursula Fon der Lyayen məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirib.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfərin bəzi məqamlarına toxunan deputat qeyd edib ki, səfər zamanı iki qardaş ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Həm imzalanan bu sənədlər, həm də Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı, Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi, Şuşa ilə Türküstanın qardaşlaşması iki qardaş dövlət və xalq arasında bağları daha da gücləndirəcək.“Azərbaycan türk dünyasının daha da güclənməsi üçün daim səy göstərən, Türk Dövlətləri Təşkilatının yaranmasında aparıcı rola malik ölkələrdən biridir. Təbii ki, Avropa İttifaqının Orta Asiyanın türk dövlətləri ilə məhz Azərbaycan vasitəsilə əməkdaşlıq qurmaq istəməsi də təsadüfi deyil. Yəni burada türk dünyasının inteqrasiyası məsələsində Azərbaycanın oynadığı aparıcı rol da mühüm rol oynayır. Məhz bütün bunların fonunda atılan addımlar mühüm uğurlar vəd edir. Eyni zamanda, Azərbaycanın müttəfiqlərinin sayının artması, bu mənada Qazaxıstanla bəyannamənin imzalanması, Türkiyə ilə müttəfiqlik, həmçinin Özbəkistanla xüsusi əlaqələrin qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi uğurudur”, - deyə Vüqar İskəndərov vurğulayıb.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər