BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Qazaxıstanla bizim münasibətlərimiz həm ikitərəfli, həm də üzv olduğumuz beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvü olmaqla yanaşı, təşkilatın inkişafında marağı olan, güc mərkəzinə çevriləcəyini görən, buna inanan ölkələrdir. Qazaxıstan Prezidentinin səfəri çərçivəsində bir çox sahələr üzrə əldə olunan razılaşmalar əlaqələrimizin daha genişlənməsinə təkan verəcək. Hər iki ölkə qurulacaq yeni dünya düzəninə hazırdır və coğrafi mövqeyi Şərq-Qərb dəhlizində, böyük İpək yolunda körpü rolunu oynayır. Elə buna görə də son aylarda iki ölkə arasında iqtisadi, ticarət və logistika sahələrində sürətli artım var.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.Politoloq qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi və birinciyə tətbiq olunan sanksiyalar yeni kommunikasiyaların qurulmasını, mövcud yolların inkişaf etdirilməsini şərtləndirir. Bu səbəbdəndir ki, Azərbaycanla Qazaxıstanın münasibətləri təkcə bu iki dövlətin yox, Şərq-Qərb dəhlizindən istifadə edən ölkələrin də marağında və diqqətindədir.Ölkələrimiz arasında münasibətlərin tarixi bağlılığı uzun illərə söykənsə də, Azərbaycanın Qarabağ Zəfəri, digər qardaş ölkə olan Türkiyə ilə münasibətlərimizin səviyyəsi Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlər üçün də böyük stimuldur.“Türkdilli dövlətlərlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının möhkəmlənməsində, əlaqələrin inkişafına inamın formalaşmasında müstəsna rolu var.Qarabağ Qələbəsinin nəticəsi olaraq dünyanın bir çox dövlətlərinin, xalqlarının dövlətimizin başçısına və Azərbaycan xalqına olan rəğbəti daha da artıb. Bunu səfər zamanı Qazaxıstan Prezidentinin ifadə etdiyi “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim” fikirləri dediklərimizin təsdiqidir”,-deyə Yalçın Hacızadə vurğulayıb.

O bildirib ki, Kasım-Jomart Tokayevin Azərbaycanı Qələbə münasibətilə təbrikləri və ərazi bütövlüyünün bərpasına dəstəyinin nümayişi, Qazaxıstan dövlətinin hədiyyə olaraq Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini tikmək qərarı dostluq və qardaşlıq münasibətlərinin təcəssümüdür.

Partiya sədrinin müavini əlavə edib ki, Qələbədən sonra dünyada və regionda formalaşan vəziyyətə görə Azərbaycanın siyasi çəkisinin, beynəlxalq rolunun artdığı açıq-aydın görünür. Qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması əlaqələrin, müttəfiqliyin ən yüksək səviyyəyə çatdırılaraq, dövlətin bir çox sahələrində fəaliyyətin birgə, sinxronizə edilərək həyata keçirilməsində vacib rol oynayır. Eyni zamanda, Özbəkistan və Qazaxıstanla münasibətlərin inkişafı, enerji təhlükəsizliyi və beynəlxalq sülhün təmin olunması, pandemiya və postpandemiya zamanında fəaliyyəti, resursların ədalətli bölgüsü ilə bağlı dünyanın ən böyük beynəlxalq təşkilatları olan BMT və Qoşulmama Hərəkatında Azərbaycanın layihələrlə çıxışı və aktiv fəaliyyəti buna bariz nümunədir. Əlbəttə, bütün bu uğurlar Prezident İlham Əliyevin maksimum faydaya yönəlmiş siyasətinin nəticəsidir.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər