BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Yerləşdikləri regionlarında aparıcı dövlət hesab olunan hər iki ölkə, təxminən, 30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçib, mühüm nəticələr əldə edib.

2022-ci il Qazaxıstanla Azərbaycan arasında əlaqələr üçün əlamətdar ildir, çünki düz 30 il əvvəl, yəni 1992-ci il avqustun 27-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu, tarix nöqteyi-nəzərdən, nisbətən qısa müddət olsa da, bu dövr iki qardaş ölkə arasında dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm rol oynayıb.
 Azərbaycanla Qazaxıstan arasında münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq və Müttəfiqlik Əlaqələri haqqında” Müqavilə daxildir. Bu, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərinin qeyd olunduğu strateji xarakterli ilk sənəd idi. Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Hər iki ölkənin çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti isə müasir çağırışlara, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi turbulentliyə davamlılıq nümayiş etdirir.
Bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur. Bura müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. 
Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, iki ölkənin qanunvericilik orqanları arasında sıx əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi əlaqələrə əsaslanır. Azərbaycan hazırda Qazaxıstanın Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşıdır.

 

Gülnarə Rəfiyeva,
həkim allerqoloq

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər