BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Ümummili Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə yekdilliklə seçilməsi xalqımızın və dövlətimizin taleyüklü məsələlərinin həllində tarixi hadisə olmuşdur. 

Milli dövlətçiliyin bərpası, Azərbaycanın daxili və xarici düşmənlərdən qorunması, dünya miqyasında ölkəmizin layiqli yerini tutması missiyasını yalnız Ulu Öndər Heydər Əliyev reallaşdıra bilərdi. Burada onun unudulmaz sözləri yada düşür: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin icrasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Məhz bu fikirləri rəhbər tutan Böyük Lider bütün təhlükələrə rəğmən mühüm tarixi missiyasını möhtəşəm formada həyata keçirmişdir. 
Keçən əsrin 90-cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, qəddar düşmənin hücumlarına məruz qalması, gərgin sosial-iqtisadi durumun mövcudluğu, o zamankı  hakimiyyətin siyasi şəriştəsizliyi, Naxçıvanın vəziyyətini həddindən artıq mürəkkəbləşdirmişdi. Yalnız Heydər Əliyevin Ali Məclisin Sədri seçildiyi zamandan başlayaraq, onun gərgin fəaliyyəti və böyük səyləri sayəsində Naxçıvanın müdafiə qabiliyyəti gücləndirildi, muxtar respublikada sabitlik, əmin-amanlıq təmin edildi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Məhz Ulu Öndərin sarsılmaz iradəsi və uzaqgörənliyi nəticəsində Naxçıvanda yerləşən SSRİ silahlı qüvvələrinə məxsus hərbi texnika, silah, sursatın muxtar respublikada saxlanılması təmin olunmuşdu, diğər tərəfdən Ali Məclisin 7 sentyabr 1991-ci il tarixli qərarına əsasən Dövlət Müdafiə Komitəsinin yaradılması muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynamışdır.   
Ulu Öndərin unudulmaz xidmətlərindən biri də, məhz onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Ali Məclisin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi olmuşdur. 1991-ci il fevral ayının 5-də muxtar respublikanın vəsatətinə baxaraq, Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, üçrəngli bayrağı yenidən Dövlət bayrağı elan etmişdir. Ümummilli Lider xüsusi olaraq vurğulamışdır ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 
Azərbaycanın siyasi tarixinin unuldulmaz şəxsiyyəti olan Heydər Əliyevin fədakar fəaliyyəti Naxçıvan Muxtar Respublikasının həyatının bütün sahələrində özünü biruza vermişdir və burada yaşayan insanların sosial-iqtisadi rifahının gücləndirilməsinə, tərəqqinin əldə edilməsinə, milli həmrəyliyə nail olunmasına xidmət etmişdir. Dövlətimizin ən mürəkkəb, keşməkeşli dövründə Ümummilli Lider Azərbaycanı siyasi burulğanlardan çıxararaq, böyük tarixi missiyanı gerçəkləşdirmişdir. 


Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər