BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2020-ci il noyabrın 10-da özündə doqquz bəndi əks etdirən Bəyanatın Rusiyanın iştirakı ilə imzalanması bir tərəfdən Ermənistanı kapitulyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.Bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses isə öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev söyləyib.Onun sözlərinə görə, imzalanmış Bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı anlaşmanın qəbul olunması bu ərazilərdən didərgin salınmış həmvətənlərimizin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım idi.“Bu dəhliz, eyni zamanda, bundan sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və rifah içində yaşamalarına şərait yaradacaqdır.

Lakin, görürük ki, xalqların təhlükəsiz şəraitdə, sülh içərisində birgə yaşamasına töhfə olacaq yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistan tərəfi öz ərazisindən keçən hissənin tikintisini heç bir səbəb olmadan uzadır. Bu, Ermənistanın hər zaman olduğu kimi, həm beynəlxalq müstəvidə, həm də 10 noyabr Bəyanatına əsasən götürdüyü öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, o cümlədən humanizm, yüksək mədəniyyət, konstruktivlik nümayiş etdirərək yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərini nəzərə aldı, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 kilometrlik müvəqqəti yolun istifadə olunmasına razılıq verdi. Sözsüz ki, yerli erməni əhalisi baş verən proseslərin şahidi olaraq bundan sonra Azərbaycanın irəli sürdüyü şərtlər altında azərbaycanlılarla sülh içərisində yaşamaqda öz mənafelərini görürlər”, - deyə Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, 2022-ci il avqustun 26-da Prezident İlham Əliyevin tviter hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə edilmiş məruzə, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda, on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaqdır.

Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər