BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müdafiə Nazirliyi qardaş Türkiyənin Zəfər bayramının 100 illiyi münasibətilə təbrik edib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təbrikdə deyilir:“Bu il avqustun 30-da Türkiyənin İstiqlal savaşındakı əzm, qətiyyət, dözümlülük, şücaət, rəşadət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində əldə edilmiş şanlı Qələbəsinin təcəssümü olan Zəfər Bayramının 100-cü ildönümünü qardaş Türkiyə və Azərbaycan xalqları hədsiz qürur hissi ilə təntənəli şəkildə qeyd edəcəklər.Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də yüksələn xətt üzrə inkişaf etdirilməkdədir.Danılmaz həqiqətdir ki, qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsinə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolları vardır.Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsidir. Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələr hərbi sahədə mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır. Hərbi əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. Bu münasibətlərimizin bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.Vətən müharibəsi Azərbaycan-Türkiyə əlaqələrini daha da möhkəmləndirdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Azərbaycan xalqı küçələrə axışdı və böyük sevinc hissi ilə Azərbaycan və Türkiyə əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verməkdədir.Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub və olacaqdır.

Bu əlaqələr getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaq.

1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan mətanətli Türkiyə ordusu böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək zəfər qazanmışdır. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türk millətinin göstərdiyi şücaət Türk tarixinə qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır. Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət – Azərbaycan və Türkiyənin timsalında gerçəkliyə çevrilib.Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyətini Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır”.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər