BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 30-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq,  YAP Mərkəzi Aparatının və Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.

"Xeber7" məlumat verir ki, tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Röya Bənənyarlı, Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov, Abşeron rayon Ağsaqqalar Şurasının sədri Nadir Ağayev, Əməkdar müəllim, Abşeron rayonu Saray Qəsəbə 3 nömrəli tam orta məktəbinin direktoru Teyyubə Hüseynova, Vətən müharibəsi qazisi Ülvi Qədir və digərləri müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, məhəbbət və sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir. Ailə sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitədir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Məhz bu baxımdan milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniyaya qarşı mübarizədə hər kəs səfərbər olmalı, zərərli və yad meyillərin qarşısının alınması istiqamətində əlindən gələni əsirgəməməlidir.

Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərin mənfi təsiri barədə geniş məlumat verilib.

Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s) paylanılıb.

//www.youtube.com/watch?v=i_SRs_LGmfg

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər