BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2019-cu ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların müəyyənləşdirilməsi və onlara dair araşdırma layihəsinə start verilib. 

Azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair xeyli əlyazma nüsxələri aşkarlanmışdır. 
Qeyd olunan nəşrlərin arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəfis şəkildə nəşr edilmişdir. 
1535ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş Xətayinin anadilli “Divan”ının bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin gözəlliyi və qədimliyi baxımından deyil, habelə Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbədir. 
Əlyazmanın xəttatı Azərbaycan xəttatlıq məktəbinin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişaburidir. Əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin gözəl və dəyərli elementləri öz əksini tapmışdır. 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində çap olunan “Xətayi “Divan”ının Daşkənd nüsxəsi”nin fotofaksimilelinin nəşri mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində olduqca  əhəmiyyətlidir.
Nəşrə «Ön söz» yazan  mədəniyyət naziri Anar Kərimov  Azərbaycan xalqının  şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, rəngarəng incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək əsrarəngiz ədəbiyyata sahib olduğunu qeyd edir. 
Nazir vurğulayır ki, Xətayi klassik Azərbaycan poeziyasının istedadlı şairi, incəsənət bilicisi olaraq xalqımıza Azərbaycan dilinin ən gözəl inciliərindən ibarət poetik nümunələr miras qoymuşdur. O, söz, sənət ustadı olan böyük sərkərdənin qələmindən süzülüb gəlmiş poetik nümunələrin neçə yüzillərdir ki, klassik poeziyamızda, aşıq yaradıcılığında, musiqimizdə, incəsənətimizdə öz dərin təsirini göstərdiyini qeyd edir. Ön sözdə yazılır ki, şairin  yaradıcılığı Azərbaycan dilinin tarixi inkişaf mərhələsini öyrənən dilçi alimlərimiz üçün də əsas meyar və zəngin bir mənbədir. 
Qeyd edək ki, Şah İsmayıl Xətayinin anadilli “Divan”ının onlarla əlyazma nüsxələri dünyanın bir çox muzey və kitabxanalarında qorunub saxlanır. Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə də Xətayi əsərlərinin 
25-ə yaxın qədim əlyazma nüsxələri vardır. Bu əlyazmalardan ikisi isə Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunur ki, onlardan da biri prioritet nüsxədir. Həcmi 84 vərəq (168 səhifə) olan əlyazmanın səhifələri kənarları təhzib ornamentləri əks olunub. Əlyazmanın bütün səhifələrinin ətrafı və xüsusilə də “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib, qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı,  yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə işlənilib. 
Xətayi əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsi alimlər tərəfindən yüksək qiymətləndirilmiş və tarixi baxımdan böyük dəyərə sahibdir.  Bu səbəbdən də onun kitab halında nəşri zərurəti  meydana çıxmışdır.  
Sözügedən əlyazmanın fotofaksimileli nəşrində əsas məqsədlərindən biri də Xətayinin qeyd olunan əlyazma əsərinin timsalında Azərbaycan kitabının zəngin tarixi, kitabçılıq sənətimizdə incəsənətin, zövq və estetikanın yüksəkliyi, milli mədəniyyətimizdə  kitaba verilən yüksək dəyərin ölçüsü, ümumilikdə isə Azərbaycan poeziyası ilə incəsənətin müştərək şəkildə meydana gətirdiyi maddi mədəniyyət nümunələrini təqdim etməkdir. 
Ümumilikdə “Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” nəşri  klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif və nəfis incilərindəndir. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki,  Azərbaycana dair qiymətli əlyazmaların tədqiqi və nəşrini həyata keçirmək üçün uzun müddətdir ki, mütəxəssilərlə birgə sistemli iş aparılır və Xətayi yaradıcılığı ilə yanaşı Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığına dair Özbəkistanda çoxsaylı əlyazma nüsxələri müəyyənləşdirilib və gələcəkdə onlara dair tədqiqat işləri, layihələr icra olunacaqdır. 
Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər