BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir.

Keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunmuş, 2020-ci ildəki Vətən Müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilmişdir. Bu dövrdə vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi. 2020-ci il parlament seçkilərindən sonra cənab İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: "Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır.

Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var". Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edim ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün Rusiyada 6, Türkiyə 12, Gürcustanda 4 (2016), Ermənistanda 4, Qazaxstanda 4, Ukraynada isə 7 siyası partiya parlamentdə təmsil olunur. Hazırda ölkəmiz yeni bir dövrə qədəm qoymuşdur. Torpaqlarımız işğaldan azad olmuş, 30illik konflikt başa çatmış, ordumuz bütün strateji mövqelərə sahib olmuş, iqtisadiyyatımız daha da güclənmişdir. Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır. Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hesab edirəm ki, hər bir vətəndaşın istəyidir. Bunun üçün isə ilk növbədə hesab edirəm ki, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox insitutsional imkanlar yaradılmalıdır. Məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına başlanması və onun ictimai müzakirə üçün açıq olması elan edilmişdir, bu da onu göstərir ki, Milli Məclis prossesin açıq və demokratik olmasında maraqlıdır. Keçən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inkluzivliyinə nail olunduğuna dəlalət edir. Dünəndən etibarən qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilmişdir. Sentyabrın 28-dən başlayaraq qanun layihəsi barəsində Milli Məclisdə müzakirələrin başlanması qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafla bağlı maraqlarına xidmət edəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 03 iyun 1992-ci ildə qəbul edilib. Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilən qanun layihəsi isə 30 maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların daha da inkişafı, siyasi konstruktiv dialoqun, əməkdaşlığın daha da güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaqdır.

 

Tahir Mirkişili, Milli Məclisin komitə sədri, YAP İdatə Heyəti üzvü.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər