BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu günlərdə Milli Məclis tərəfindən yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına başlanması və ictimai müzakirəyə təqdim edilməsi, təəssüflər olsun ki, bəzi müxalif düşüncəli siyasi düşərgədə yanlışlıqla qarşılanır, ya bilərəkdən ya da bilməyərəkdən bu qanun layihəsi haqqında səhv fikirlər səsləndirilər. "Xeber7" məlumat verir ki, bu fikirləri Politoloq Ramiz Alıyev bildirmişdir. 

R.Alıyev qeyd edib ki: "əvvəla, onu qeyd edim ki, hazırki "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub və 22 maddədən ibarətdir. Nəzərdə tutulan "Siyasi partiyalar haqqında" qanun layihəsi isə 30 maddədən ibarətdir və müasir zamanla tam uyğunlaşmış bir qanun layihəsidir. Siyasi Partiyaların fəaliyyət növündən xəbərsiz olan bəzi partiya sədrləri elə düşünürlər ki, ömürlərinin sonuna kimi 30 il öncə sədr seçildiyi və “möhürü” az qala yatanda da yanında saxladığı siyasi partiyadan anacaq qrant almaq, səfirlikdlərdən tapşırıqlar almaq üçün istifadə edilir. Bu cür düşünən həmin partiya sədrləri nə partiyanın gələcəyini, nə onun üzvlərini nə də dövlət maraqlarını düşünmürlər, onlar üçün bir maraq var o, da müəyyən səfirliklərdən qrantlar almaq, xarici xüsusi xidmət orqanlarından tapşırıqlar alıb qarşılığında özlərinin və ailə üzvlərinin şəxsi büdcəsini zənginləşdirməkdir. Həmin şəxslər çox gözəl başa düşürlər ki, yeni qanun layihəsi qəbul olunduqdan sonra onlar mütləq şəkildə siyasi arenada fəal olmalıdırlar, seçkilərə getməli və partiyasının sosial bazasını nümayiş etdirməlidir. Belə olmadığı təqdirdə 2 seçkidə iştirak etmədikdə artıq həmin partiyanın fəaliyyəti qanuna uyğun olaraq ləğv olunacaq. Həmin partiyanın sədrləri çox doğru düşünür ki, partiya üzvləri buna imkan vermyəcək və onlardan seçkilərə getməyi əks təqdirdə isə partiya rəhbərliyini təhvil verilməsini tələb edəcəklər. Bu qanun layihəsi bəzi siyasi partiyaları morqlardan çıxardıb yeni həyat verəcək. Əslində, doğru olanda budur, çünki bütün siyasi partiyalar yarananda onların məqsədi və əsas vəzifəsi seçkilərdə iştirak etməkdir. Mütləq deyil ki, seçkilərdə qalib gələsən, əsas odur ki, seçkilərdə iştirak edib sosial bazanı görə biləsən, təcrübəni artırasan və partiyandan yeni liderlərin yetişməsinə şərait yaradasan. Ona görə ki, seçkilərdə iştirak etməyən heç bir partiyadan yeni liderlər çıxa bilməz. Hansı siyasi partiya sədri rəhbərlik etdiyi siyasi təşkilatdan  yeni liderlərin çıxıb ona rəqib olmağını istəmirsə ölkəsində təşkil olunan seçkiləri həmişə boykot edir. Bu, dünyanın hər bir yerində belədir. Əminliklə deyə bilərik ki, Azərbyacan bu məsələdə dünyanın bir çox demokratik ölkələrinə və eyni zamanda bizə qonşu olan dövlətlərə nümunə ola bilən dövlətdir. Ölkəmizdə 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Eyni zamandan  Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Nümunə üçün deyə bilərəm ki,  Rusiyada 6, Türkiyə 12, Gürcüstanda 4, Ermənistanda 4, Ukraynada isə 7 siyasi partiya ölkə parlamentdə təmsil olunur."

Eyni zamanda cənab Prezidentin tövsiyəsinə əsasən sonuncu parlament seçkilərindən sonra həm Milli Məclis rəhbərliyində, həm də Komitələrdə müxtəlif partiya nümayəndələri təmsil olunur. Bu, həqiqətən də mütərəqqi bir addım idi. Əminliklə demək olar ki, dünyanın çox az demokratik ölkələrin parlamentlərində siyasi partiyalara bu cür diqqət var.
Politoloq daha sonra bildirib ki, bu faktlar bir daha onu göstərir ki, ölkəmizdə sağlam düşüncəli siyasi partiyaların uğurlu fəaliyyəti  var və heç bir siyasi təziqlər yoxdur. Fikir versəniz görərsiniz ki, bu ənənə Ulu Ödərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlamışdır və hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz elə ona görə də 2020-ci ildə Vətən müharibəsi zamanı fəaliyyətdə olan siyasi partiyaların Ali Baş Komandanın yanında sıx birləşməsi və xalqımızla birlik nümayiş etdirməsi bütün demokratik ölkələrə nümunədir. Biz xalq olaraq hər zaman qədirbilən və sadiq xalqıq. Qeyd edim ki, sözügedən qanun layihəsi ilə bağlı artıq 39 siyasi partiyanın öz təkliflərini aidiyyəti üzrə  Milli Milli təqdim etməsi də bu qanun layihəsinin önəminin göstəricisidir. Hesab edirəm ki, rəhbərlik etdiyi partiyanın inkişafını düşünən, partiyasından yeni siyasi liderlərlərin çıxmağını istəyən partiya sədrləri "Siyasi partiyalar haqqında" qanun layihəsini dəstəkləyib öz təkliflərini verəcəkdir.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər