BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İllərlə həsrətində olduğumuz, şəhidlik zirvəsinə ucalmış övladlarımızın canı və qanı bahasına düşmən caynağından qurtulmuş Şuşaya qədəm qoymaq hər birimizin arzusudur.

 

 

. Amma bu istəyin gerçəkləşməsində ən çox haqqı olanlar əzəl torpaqlarımızı işğaldan azad etmək naminə müqəddəs şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin doğmaları, şəhid anaları, ailə üzvləri, Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizdir. Onlar haqq və ədalətin bərpası uğrunda qanlı savaşda Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan Zəfər yoluna qədəm qoyub uzun illər düşmən tapdağı altında inildəyən, bu gün isə dünyaya yenidən göz açan Şuşanı ziyarət etməklə həm təsəlli tapır, həm də şəhid ruhunu şad etmiş olurlar. 

Sentyabrın 8-də “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə şəhid anaları, qazilər və Birliyin himayəsində olan ahıllardan ibarət bir qrup Şuşa şəhərinə səfər edib. Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin bilavasitə iştirakı ilə baş tutmuş səfər çərçivəsində taleyinə Vətəndən ayrılıq acısı və Vətənə qovuşma sevinci yazılmış bu qədim şəhərin yaxınlığında yerləşən, Qarabağ xanlığı dövründən əcdadlarımızın milli bayramları, el şənliklərini qeyd etdikləri məşhur Cıdır düzü, böyük şairimiz Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi, Vətən müharibəsində Zəfər rəmzinə çevrilmiş Şuşa Qalası, böyük sənətkar Bülbülün ev-muzeyi ziyarət edilib. Səfər iştirakçıları müharibə günlərində qızğın döyüşlərin getdiyi əraziləri addımbaaddım gəzib, ölkə Prezidentinin rəhbərliyi və birbaşa nəzarəti altında həyata keçirilən, bu qədim şəhərə yeni nəfəs verən, onun təkrarolunmaz gözəlliyini və qürurverici məğrurluğunu qaytaran genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olublar. 

Doğrusu, oğul itkisi kimi böyük bir dərdə düçar olmuş, ağlamaqdan gözlərinin nurunu itirmiş şəhid analarının Şuşa səfərinə hazırlıq mərhələsində çox narahat idim. Düşünürdüm ki, onların ürək ağrısından bükülmüş qamətlərinin, bədbinlik yaşadan göz yaşlarının bir daha şahidi olacaq, onları bir daha kövrəldəcəyəm...

Gözləntilərim özünü doğrultmadı: övladlarının şəkillərini bağrına basıb Şuşa torpağına qədəm qoyan şəhid analarının nikbinliyini, baxışlarında yaşanan qürur və fəxarət hissini, məğrur və qətiyyətli addımlarını sözlə ifadə etmək çətindir.   

Geri dönəndə şəhid analarından birinin minnətdarlıq hissi ilə söylədiyi bircə kəlməni heç zaman unuda bilmərəm: “Şəhid oğlumla Şuşada olmaq – arzum idi. Arzuma çatdım...”

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər