BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Artıq bir neçə aydır ki, Ermənistan Azərbaycanla sərhəddə, xüsusilə də Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində davamlı təxribatlar törətməklə regiondakı vəziyyəti destabilizə etməyə, qarşıdurma yaratmaqla bölgədənkənar qüvvələrin regional proseslərə müdaxiləsinə zəmin yaratmağa, üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.Ötən bir neçə ay ərzində Azərbaycan silahlı qüvvələrinin hərbi birləşmələrinin sayıqlığı və yüksək peşəkarlığı sayəsində Ermənistanın kəşfiyyat-diversiya qruplarının ölkəmizin ərazilərinə sızma, hərbi və mülki infrastruktura zərər vurma cəhdlərinin qarşısı alınıb, oxşar halların baş verməməsi üçün önləyici tədbirlər həyata keçirilib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.Elçin Mirzəbəyli bildirib ki, son bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq görməsi, bu məqsədlə sərhəd bölgəsinə hücum təyinatlı silahlar, artilleriya vasitələri və şəxsi heyət cəmləşdirilməsi istiqamətində intensiv əməliyyatların həyata keçirildiyi müşahidə olunub. Kapitulyasiyaya uğramasına baxmayaraq, son vaxtlar hərbi ritorikasının daha da gücləndirən Ermənistan Azərbaycanın atdığı humanist addımların qarşılığında nəinki adekvat mövqe sərgiləməyib, əksinə, Azərbaycan silahlı qüvvələrinin təminat yollarının minalanmasına cəhd göstərib. “Baş verənlər, həmçinin Ermənistan silahlı qüvvələrinin atəşkəsi mütəmadi olaraq pozması, mülki və hərbi infrastruktura zərər yetirilməsi, azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ilə məşğul olan mülki vətəndaşların, eləcə də Azərbaycan hərbçilərinin həyatlarına təhlükə yaratmaq cəhdləri rəsmi İrəvanın 44 günlük müharibənin dərslərindən nəticə çıxarmadığını, millitarist siyasətdən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir”, - deyə E.Mirzəbəyli qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın zaman kəsiyində sərgilədiyi təxribat xarakterli manipulyativ, pozucu davranışlarını davam etdirmək, əldə olunan razılaşmalardan yayınmaq üçün davamlı təxribatlara əl atmaq siyasəti yürüdür. Belə olduğu təqdirdə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin icrasını öz üzərinə götürərək, 30 ilə yaxın davam edən təcavüzə son qoyan Azərbaycanın 10 noyabr 2020-ci il Bəyanatının və digər üçtərəfli sənəd və razılaşmaların yerinə yetirilməsi üçün millitarist ölkəni sülhə məcbur etməkdən başqa seçimi qalmır. İndiki şəraitdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal əməliyyatlar Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhdidlərin qarşısının alınmasına xidmət edən zəruri tədbirlər kimi qiymətləndirilməlidir.

Siyasi ekspert deyib: “Yaranmış vəziyyət bir daha sübuta yetirir ki, Azərbaycanın “Dəmir yumruğ”u daim Ermənistanın başı üzərində dayanmalı, təkcə Azərbaycan xalıqının deyil, bütün bölgə xalqlarının sabit və təhlükəsiz şəraitdə yaşamaq haqqına qarşı yönəlmiş təhdidlərin qarşısını ən sərt formada almalıdır. Ermənistan və onun hərbi-siyasi rəhbərliyi, eləcə də bu ölkənin ultramillətçi, revanşist qüvvələri sülhə, əmin-amanlığa, dinc birgəyaşayışa xidmət edən dialoq mühitinə hazır deyillər, yaxud bəşəriyyətin tərəqqipərvər, sivil hissəsi kimi düşünməyi bacarmır, qəbilə təfəkkürü ilə yaşayırlar. Mövcud şərait bir daha sübuta yetirir ki, Ermənistanın davamlı təxribatlarının qarşısının alınması üçün Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz bölgənin yaradılması ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeganə çıxış yoludur. Ermənistan sülhə məcbur edilməlidir. 44 günlük müharibədən ötən 2 ilə yaxın müddət də sübuta yetirdi ki, bölgədə ayrı-ayrı maraqların ultramillətçi ideologiya üzərindən ifadəçisi olan Ermənistan məcburiyyətdən başqa dil tanımır.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər