BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 31-də Avropanın siyasi mərkəzi Brüsseldə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra düşmən tərəf Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar həyata keçirməyə başladı. Xüsusilə Kəlbəcər və Laçın rayonları istiqamətində mövqelərimiz atəşə tutulurdu. Bundan əlavə, Daşkəsən və Gədəbəy də daxil olmaqla, bütün sərhədboyu mövqelərimiz erməni silahlı qüvvələri tərəfindən atəşə tutulmağa başladı. Belə hərəkətlərin davamı olaraq, Ermənistan ordusu geniş əraziləri əhatə edən təxribata əl atdı. Belə ki, bu gün axşam Ermənistan ordusunun hərbçiləri ərazinin relyefini nəzərə alaraq qanunsuz yollarla Azərbaycan tərəfə keçib minalama işləri aparıblar. Hərbçilərimizin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı uğurla alınıb və adekvat tədbirlər görüldü.Bu barədə AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.O qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfi ərazilərimizi kütləvi şəkildə minalayıb. Buna baxmayaraq, düşmən suveren ərazilərimizdə öz çirkin minalama siyasətini hələ də davam etdirir. Ermənilərin ərazilərimizi minalamaqda əsas məqsədi maksimum dərəcədə çox azərbaycanlının zərər çəkməsi və onların doğma yurdlarına qayıtmalarını ləngitməkdir.“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlə görür. Bu xüsusda düşmənin yalnız hərbi hədəfləri məhv edilir. Ermənistan isə belə bir fikir formalaşdırmaq istəyir ki, guya Azərbaycan onların ərazilərini, mülki obyektlərini, əhalisini hədəfə alır. Bütün bunlar beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti daşıyır və tamamilə cəfəngiyyatdır. Ötən gecədən başlayaraq Ermənistanın baş nazirinin Rusiya, Fransa və ABŞ rəsmilərinə zəng etməsi də onu deməyə əsas verir ki, N.Paşinyan ATƏT-in Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır. Bu da yeni geosiyasi reallıqlarla uyğunluq təşkil etməyən yanaşmadır”, - deyə İ.Hüseynov diqqətə çatdırıb.

Politoloq vurğulayıb ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Düşmən tərəfi öz havadarlarının köməyi ilə ölkəmizə qarşı təzyiqlərı artırmağa cəhdlər göstərir. Buna baxmayaraq, Azərbaycan qalib ölkə kimi qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Ermənistan isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələri icra etməmək istiqamətində addımlar atır, sülh danışıqlarına kölgə salır, yaranmış vəziyyətdən eskalasiya yolu ilə çıxmaq niyyətini büruzə verir. Bütün bunlar tamamilə qəbulolunmazdır. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası, eyni zamanda, sülh müqaviləsinin imzalanması ölkəmiz üçün prioritetdir. Ona görə də Ermənistan sülhə məcbur edilməlidir.

 

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər