BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün ABŞ Konqresində çoxlu ermənipərəst konqresmen yer alıb. Bunların hamısı erməni lobbisinin ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsinin (ANCA) əlaltılarıdır. Daha doğurusu, ANCA onları pul ilə ələ alıb. Onlar hər zaman Azərbaycana və Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çıxışlar edirlər. Bununla yanaşı, bu konqresmenlər özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsassız olaraq siyasi formada təqdim edirlər. Ermənipərəst senator və konqresmenlər öz çıxışlarında ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etmək üçün də fikirlər səsləndirirlər. Bu günlərdə regiona səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də erməni lobbisinin təsir dairəsində olan konqresmenlərdəndir. Onun İrəvanda etdiyi son çıxışında Azərbaycanın ünvanına ağır ifadələr səsləndirməsi bundan irəli gəlir. Xatırladaq ki, ABŞ-dakı erməni lobbisi uzun müddət idi ki, Nensi Pelosinin İrəvana getməsi üçün çalışırdılar. Ermənistanın 13 sentyabrda Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan sonra erməni lobbisi kütləvi şəkildə Nensi Pelosiyə bu səfərlə bağlı müraciətlər edirdilər. Onu Milli Assambleyanın sədri Alen Simonyan Ermənistana dəvət etsə də, amma əsasən ABŞ-dakı erməni lobbisinin təzyiqi nəticəsində sentyabrın 17-də İrəvana səfər etdi.

Nensi Pelosinin Azərbaycan əleyhinə sərət, əsasız ifadələr səsləndirəcəyi gözlənilən idi. Çünki o hər zaman ermənipərəsət mövqedən çıxış edib. İrəvanda da bu mövqeyini nümayiş etdirdi. Qoca Nensinin İrəvanda qondarma erməni soyqırımı abidəsinin qarşısında timsah göz yaşları axıtması da siyasi motiv daşıyırdı. Nensi Pelosi və onun kimi konqresmenlərin təcavüzkar Ermənistanı dəstəkləməsi, Azərbaycan haqqında əsassız fikirlər səsləndirməsi nə dərəcədə demokrat olmalarından xəbər verir. Onlar demokratiya pərdəsi adı altında şəri dəstəkləməklə siyasi kimliklərini göstəririlər...

Azərbaycan heç bir ölkənin ərazisinə hücum etmir və özü suveren ərazisini qoryur. Ermənilər isə illərdir Azərbaycanın mülki əhalisinə qarşı soyqırımlar edir, tarixi abidələrə qarşı vandalizm aktı törədirlər. Maraqlıdır ki, ABŞ Konqresi niyə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə layihəsi qəbul etmir!?

Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlamaya cavab verilib. Həqiqətən də Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar təəssüf doğurur.

Diqqət çəkən məqam odur ki, Nensi Pelosinin Ermənistana səfəri bu ölkədə heç də birmənalı qarşılanmayıb. Eyni zamanda xalqla hakimiyyət arasında haçlanma, fikir ayrılığı yaranıb. Ayrca ölkə daxilində də xalq arasında iki cəbhə yaranıb. Artıq bir neçə gündür ki, ermənilər İrəvanın mərkəzində aksiya keçirirlər. Onlar hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı tələb edirlər. Əlbəttə ki, bu aksiyanı keçirənlər qərbpərəst qüvvələrdir və Nensi Pelosinin ölkəyə gəlişini alqışlayırlar. Hətta onda özlərinin xilasını görürlər. Eyni zamanda İrəvanda Nensi Pelosinin bu səfərinə qarşı da aksiyalar keçirilir və onlar Ermənitsanın Rusiya ilə müttəfqliyinə sadiq qalcağını deyirlər. Göründüyü kimi, bunlar da ruspərsətlərdir. Artıq demək olar ki, Nensi Pelosinin İrəvan səfəri ölkədə siyasi gərginliyi daha da artırıb. Əslində, bu səfər Paşinyan hakimiyyətinin siyasi olaraq mövqesizliyini ortaya qoyur. Ermənistanda Paşinyan hakimiyyəti özü-özünü toparlaya bilmir və buna görə də idarəetmə itib. Necə deyərlər, Paşinyan hakimiyyəti hazırda ləngər vurur: bilmir Qərb, yoxsa Rusiya tərəfə əyilsin...

 

Fuad Hüseynzadə

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər