BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən,Vyananın ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib. Baymedia.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib. O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır və bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycan muğam musiqisi orqan alətinin ifasında təqdim ediləcək. Fərəh Tahirova bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib. Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim edilib.

image-img_20220926_120302

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər