BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Hey¬dər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Res¬publikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu  fundamen¬tal hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir. Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən  qəlbən dərin rəğbət bəslənilirdi. Eyni zamanda ulu öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifəyə nail olan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. 

 Asif Əsgərli deyib ki, böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları ümummilli lider hər zaman qürur duyduğu, şah əsəri olan Mütəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə möhkəm bazislə ərmağan etdi: “Ulu öndərin vaxtilə irəli sürdüyü və aksioma kimi qəbul olunan Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiyasıdır. Ümummilli lider müasir Avropanın indi-indi irəli sürdüyü və dövlətlər üçün tövsiyə olaraq formalaşdırmaq istədiyi “xalq”, “millət” anlayışlarının getdikcə “cəmiyət” anlayışı ilə əvəzlənməsi” prinsiplərini hələ 26-27 il əvvəl irəli sürərək, vahid Azərbaycan cəmiyyəti fəlsəfəsini yaratdı. Bu baxımdan Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılma və verilən qiymətləndir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.  Azərbaycanda 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsini hər bir vətənpərvər soydaşımız sevinclə qarşılayır. Bununla Azərbaycan Prezidenti bir daha xalqımızın ümummilli liderinə olan sədaqətini nümayiş etdirdi”. 
Politoloq bildirib ki, YAP daimi ulu öndərlə bağlı əlamətdar günləri xüsusi qeyd edir: “2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Sərəncama uyğun olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün tədbirlər planı hazılanacaq.  “Heydər Əliyev İli” çərçivəsində, demək olar ki, bütün il boyu ölkədə və xaricdə ulu öndərlə bağlı xüsusi tədbirlər keçiriləcək. YAP tərəfindən ulu öndərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Lakin “Heydər Əliyev İli” çərçivəsində YAP tərəfindən silsilə tədbirlər təşkil ediləcək. Bununla bağlı YAP rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb təsdiqlənəcək”.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər