BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Fransa parlamenti tək tarixi deyil, reallığı da saxtalaşdırmaqla məşğuldur". "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev Fransa Senatında Azərbaycanın əleyhinə qəbul oluna biləcək qətnaməni şərh edərkən deyib.

O, Fransanı öz tarixi keçmişinə baxmağa çağırıb: "Fransa Azərbaycana tarix və siyasət dərsi keçməyə cəhd etməkdənsə, Türkiyəni baş verməmiş, saxta soyqırımda günahlandırmaqdansa , dönüb öz tarixinə baxsa, yaxşı olar. Əlcəzairdə 1,5 milyon insanın qanına əli batmış bir dövlətin qanunverici orqanı bizi “hərbi cinayət”də günahlandırmaq istəyir. Azərbaycan 120-dən çox üzvü olan Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən iri beynəlxalq təşkilatına rəhbərlik edir. Özü də illərlə. Tək Əlcəzairdə yüzminlərlə insanı qətl etmiş bir dövlət, onun prezidenti bizə əxlaq dərsi keçə bilməz".

E.Allahverdiyev qeyd edib ki, bu qətnamənin qəbulu Azərbaycana nə təsir metodu ola bilər, nə də rəsmi Bakını qorxudar: "Dünyanın bir neçə dövləti son yüzilliyin ən böyük siyasi-tarixi avantüralarından biri olan “erməni soyqırımı”nı qəbul edib. Fransa belə dövlətlərin ilklərindəndir. Bu ölkədə hətta saxta soyqırımı inkar edən şəxslərə qarşı cinayət işi açılır. İllər boyu ermənilər oturub ABŞ Prezidentinin ağzından “soyqırım” sözünün çıxmasını gözləyiblər. Bayden bu ifadəni işlətdi. Nə oldu? Türkiyənin beynəlxalq aləmdəki mövqeləri sarsıldı? Yaxud qardaş dövlət zəiflədi? Əksinə, daha da gücləndi və bu gün onlar Türkiyədən əvvəlkindən çox qorxurlar".

Deputat hesab edir ki, Fransanın qanunverici orqanında belə bir sənədə səs verilərsə, bundan Azərbaycanın nə isə itirəcəyini düşünənlər yanılırlar: “Fransa Senatına qanunverici orqan deməyə adamın dili gəlmir. Bu qanunvericilikdir? Parlamentarizmdir? Fransa parlamenti tək tarixi deyil, reallığı da saxtalaşdırmaqla məşğuldur. Bizim üçün o qətnamə adi kağız parçasından başqa heç nə olmayacaq. Bəlkə də adi, boş ağ vərəq ondan dəyərli olacaq”.

Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü olan Elnur Allahverdiyevin fikrincə, Azərbaycan da Fransaya qarşı adekvat addım ata, məsələn, Əlcəzairdə törədilənləri müzakirəyə çıxara bilər: “Fransa tək Əlcəzairdə deyil, bütün Afrika qitəsində əli qana batmış ölkədir. Prezident İlham Əliyev bu günlərdə Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının sammitindəki çıxışında söylədi. Bilmirəm, indiyədək hansısa dövlət başçısı fransızların bu müsəlman ölkəsində törətdiklərini belə yüksək tribunadan bəyan edib, ya yox. Ancaq Azərbaycan Prezidentinin çıxışının arxasında tarixi faktlar, sübutlar var. Bəs Fransa Senatının qətnaməsi nəyə söykənir?” Əslində, rəsmi Paris bu addımı ilə ermənilərdən istifadə edib Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Anlaşılandır ki, Rusiyanın bölgədə zəifləməsindən istifadə etmək istəyən Fransa Cənubi Qafqaza gəlmək istəyir. Məncə, Paris bu istiqamətdə istədiyinə tam nail ola bilməyəcək.

Birincisi, yanaşması saxtadır. Nə tarixə əsaslanır, nə bu günə. Məsələn, Makronun Ermənistanı tolerantlıq məkanı adlandırması ən azı gülünc doğurur. Bu ölkədə digər millətlərdən olan vətəndaşların sayı minimumdan da aşağı həddədir. Müxtəlif dinlərin, millətlərin yaşadığı Azərbaycanı “hərbi cinayət”də günahlandırmaq naşılıqdır və açıq düşmənçilikdir. Biz bunu cavabsız qoymamalıyıq və Prezident İlham Əliyevin Əlcəzairdəki çıxışı bunun sübutudur”.

E.Allahverdiyev vurğulayıb ki, Fransanın regionda möhkəmlənə bilməyəcəyini daha bir amil göstərir. “Fransa Ermənistandan özünün geosiyasi maraqları üçün istifadə edir. Bu aşkardır və ermənilər bundan həzz alırlar. Onlar tarix boyu bu missiyanı müxtəlif dövlətlərə görə yerinə yetiriblər və oynadıqları bu rol ilə fəxr edirlər. Başqa məsələdir ki, Ermənistan regionun ən kasıb, rəzil, heç bir iqtisadi rıçaqı və perspektivi olmayan ölkəsidir. Azərbaycan isə siyasi və iqtisadi, Vətən müharibəsindən sonra həm də hərbi lideridir. Ona görə də Parisin oyununun nəticə verəcəyi dumanlıdır”.

Xatırladaq ki, noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı yönəlmiş qərəzli sənədin qəbulu gözlənilir

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər