BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Çex Respublikasının müxtəlif dövlət strukturlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş 20-yə yaxın səfir və diplomatik korpusun digər nümayəndələri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatlarının üzvləri, habelə həmvətənlərimiz olmaqla, ümumilikdə 100-dək qonaq iştirak edib.Ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov tədbiri açaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib. A.Məmmədov 8 Noyabr–Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışaraq, iki il əvvəl Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirdiyini vurğulayıb. Səfir Azərbaycanın 30 ilə yaxın mövcud olmuş münaqişəni geridə qoyduğunu və nəhayət onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına təhlükəsiz şəkildə geri dönəcəklərini diqqətə çatdırıb.Diplomat hazırda regionumuzda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin yarandığını bildirib. O, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib.Azərbaycan xalqının tolerant xalq olduğunu diqqətə çatdıran səfir Prezident İlham Əliyevin apardığı siyasi kursun mehriban qonşuluq, regional əməkdaşlıq formatlarının yaradılması kimi prinsiplər üzərində qurulduğunu bildirib, habelə dövlətimizin Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu və bu ilin sonuna qədər aparılan danışıqlar nəticəsində Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu qeyd edib.Sonra səfir 44 günlük Vətən müharibəsi dövründə azad edilən Şuşa şəhərinin xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri haqqında danışıb. Diplomat Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Adış Məmmədov şəhərin tarixi və zəngin mədəniyyəti barədə məlumat verərək, Şuşanın Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olmuş bəstəkar və xanəndələr yetişdirdiyini qeyd edib. Səfir, həmçinin erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, habelə burada keçirilən beynəlxalq festival və digər tədbirlər barədə məlumat verib və Qarabağın tacının hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Daha sonra səfir “Şuşa İli” çərçivəsində səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Çexiyada yaşayan azərbaycanlı yazıçı Leyla Begimin şeir, poema və povestlərindən ibarət “Qarabağnamə” kitabının işıq üzü gördüyünü deyib, öz əsərlərini Şuşaya və ümumilikdə Qarabağa həsr etdiyinə, doğma vətənimiz Azərbaycana böyük sevgisinə görə ona təşəkkürünü ifadə edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının səfiri Egemen Bağış Azərbaycan torpaqlarının qəhrəmancasına mübarizə nəticəsində qazanıldığını vurğulayaraq, Zəfər Günü münasibətilə Azərbaycan xalqını və Hökumətini təbrik edib.

Səfir uzaqgörən Lider, ulu öndər Heydər Əliyevdən sitat gətirərək, Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu qeyd edib və Azərbaycanın sevincinin Türkiyənin sevinci, kədərinin isə Türkiyənin kədəri olduğunu bildirib. Egemen Bağış, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bir-birilərini qardaş hesab etdiklərini, Çexiyada ölkəsi ilə yanaşı, Azərbaycanı da təmsil etməkdən qürur duyduğunu bildirib.

Azərbaycan Ordusunun tarixi Qələbəsinin regionda davamlı sülh və əmin-amanlıq toxumlarını səpdiyini bildirən Egemen Bağış Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsi üçün Türkiyənin qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcəyini və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin səfirlik tərəfindən Vyanadan dəvət olunmuş beynəlxalq musiqi müsabiqələrinin qalibi Jalə Rəsulova (piano) və Aleksandra Tirsunun (skripka) ifasında məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi əsərləri səsləndirilib.

Mərasimdə Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə dair videoçarx nümayiş olunub, zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim edilib.

Sonda çıxış edən Leyla Begim kitabının ərsəyə gəlməsində göstərdiyi təşəbbüs və dəstəyə görə səfirliyə təşəkkürünü bildirib və öz ədəbi fəaliyyəti, habelə “Qarabağnamə” kitabının məzmunu haqqında iştirakçılara məlumat verib. Leyla Begim nəsr və nəzm əsərlərinin yer aldığı kitabını Qarabağa həsr etdiyini vurğulayaraq, nəşrin ərsəyə gəlməsinə illərin sərf olunduğunu bildirib. Sonda müəllifin imzası ilə iştirakçılara kitabın nüsxələri hədiyyə edilib.

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər