BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan-Türkiyə-Türkmənistanın strateji maraqları da üst-üstə düşür

Hazırda Azərbaycanın həm siyasi, həm də iqtisadi, mədəni, hərbi - bütün sahələrdə türk dövlətləri ilə ən yüksək səviyyədə iş birliyi, anlaşması var. Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədlərinin imzalanması bu iş birliynin davamıdır. Qeyd edək ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Bu sənədlər üçtərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün möhkəm zəmin yaradacaq. Bütün bunlar Azərbaycan- Türkiyə-Türkmənistanın qardaş olaraq çoxşaxəli münasibətlər qurduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxşında etibarlı əməkdaşlığın obyektiv əsaslarını xüsusi vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”. Bu, bir daha göstərir ki, Azərbaycanın Türkiyə və Türkmənistanla münasibətləri sağlam zəmində və tarixi köklərə bağlanır. Bu münasibətlərin bundan sonra da sağlam zəmində inkişaf edəcəyinə heç bir şübhə ola bilməz.

İstənilən məsələdə bu münasibətlər qardaşlıq prinsipinə söykənir. Məsələn, Türkiyənin enerji asılılığının aradan qaldırılmasında və Avropanın enerji asılılğının aradan qaldrılmasında Türkiyənin rolunu artırmaqda Azərbaycan böyük rol oyanıb. Bunlar göz önündədir. Qarşılıqlı dəstək məsələsinə cənab Prezident də Üçtərəfli Zirvə Görüşündə toxununb: “Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”.

Dünyada mövcud geosiyasi vəziyyət Azərbaycanın resurslarına tələbatı kəskin artırıb. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Azərbaycanın nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Prezindet İlham Əliyev bu haqda da daşıraq bildirib ki,  Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa və Asiya üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

Bu gün dövlət səviyyəsində Azərbaycanın Türkiyə və Türkmənistanla əməkdaşlığı, imzalanan sənədlər maraqların ayrı-ayrı deyil, ortaq mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır. Bu baxımdan 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün mühüm əhəmiyyəti var. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bu toplantının regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğulayıb.

Üçtərəfli əlaqələr nə qədər güclü olsa, nə qədər möhkəm birlik olsa, maraqlar da bir o qədər təmin ediləcək. Çünki Azərbaycan-Türkiyə-Türkmənistanın strateji maraqları da üst-üstə düşür. Hər üç dövlət istəyir ki, xalqlarımız rifah içində yaşasın, ölkələrimizdə və bölgədə sülh, əmin-amanlıq bərqərar olunsun. Buna görə də mənbəyini ortaq keçmiş din və dil birliyindən alan üç dövlətin və xalqın dərin əlaqələri günlər keçdikcə güclənəcək. Bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər