BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sosial-iqtisadi inkişafın tərkib hissəsi bölgələrin inkişafıdır

Azərbaycan Respublikasında yaranmış sabitlik və normal iqtisadi mühit mövcud tərəddüdləri aradan qaldıraraq təbii sərvətlərlə zəngin olan ölkəmizə marağı artarmaqdadır. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

 Nəzərə alınmalıdır ki, iqtisadi strategiyanın fundamentallığının təminatında neft sektorunun düşünülmüş şəkildə daha təkmil və sistemli məcraya istiqamətlənməsi sonda böyük uğurlara imza atıb. Neft amili digər sahələrin inkişafına da təkanverici təsir göstərib, bu sahələri dirçəldib. Hazırda dünyada energetika sektorunda ən qlobal, ən irimiqyaslı layihə məhz Azərbaycanda həyata keçirilir. Qərb istehlakçıları enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan enerjidaşıyıcılarına xüsusi önəm verib.

 Neft gəlirlərinin artması iqtisadiyyatın digər sahələrinin də dirçəldilməsinə əlverişli imkanlar yaradıb. Bu imkanlardan hərtərəfli və düşünülmüş şəkildə istifadə olunması xalqın rifahının yaxşılaşmasında da özünü göstərir. Qeyri-neft sektoruna diqqət yetirilməsi lazımi nəticəni verib. Qazanılan uğurlar tez bir zamanda özünü regionlarda iqtisadi fəallığın artmasında, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında, təbii ehtiyatlardan səmərəli istifadə edilməsində, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında və ən vacibi yoxsulluğun səviyyəsinin azaldılmasında özünü göstərib. Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı; Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sosial-iqtisadi inkişafın tərkib hissəsi bölgələrin inkişafıdır: “Azərbaycanda işsizlik kimi çox böyük bir sosial problem tədricən və çox sürətlə aradan qaldırılır. İndi bütün bölgələrdə böyük quruculuq-abadlıq işləri, tikinti aparılır, yeni müəssisələr açılır”. Yeni açılan iş yerlərinin əksəriyyəti qeyri-neft sektoru sahələrindədir. Xarici sərmayədarların diqqətini çəkən faktlardan biri budur. Ölkənin digər sahələrinin inkişafına sərmayə qoymaq üçün xarici investorlar tərəddüd etmədən, zəmanət axtarmadan bölgələrimizə gəlir, sərmayə qoyublar. Açılan iş yerlərinin çoxu regionlarda, ucqar kənd yerlərində, kənd təsərrüfatındadır.

Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.  Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Prezident İlham Əliyev daimi bu məsələni diqqətdə saxlayır. Dövlətimizin bu qayğısı Vətən müharibəsindən sonra da davam edir.

Ötən dövr ərzində daimi iş yerləri kənd təsərrüfatı, balıq yetişdirilməsində, mədənçıxarmada, emal müəssisələrində, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsində, tikintidə, topdan və pərakəndə ticarətdə, avtomobillərin, məişət məhsullarının və şəxsi istifadə əşyalarının təmirində və müxtəlif mərkəzi idarə və təşkilatlarda açılıb. Yeni iş yerlərinin açılması əhalinin rifah halının xeyli yaxşılaşmasına səbəb olub. Bütün bunlar da Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin uğurlu nəticəsidir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər