QHT.az xəbər verir ki, "Dostluq Körpüləri - Bosniya və Herseqovina" Assosiasiyası Azərbaycan QHT nümayəndələrinin, ekofəalları, gənc könüllülərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasına dəstək ifadə edən bəyanat yayıb.
Bəyanatda deyilir: “Əziz dostlar, Biz dost və tərəfdaş təşkilat olaraq, Qarabağda - Azərbaycanın faydalı qazıntı yataqlarının erməni cinayətkarları tərəfindən qanunsuz istismarına görə Laçın-Xankəndi yolunda Azərbaycan QHT-lərinin ədalətli mübarizəsinə və ekoloji fəallıq səylərinə səmimi dəstəyimizi ifadə edirik.”
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Qeyd edək ki, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) çağırışı ilə Çexiya, Serbiya, Polşa, Moldova və Bosniya və Hersoqovinadan olan tərəfdaş QHT-lər bəyanat yayaraq, etiraz aksiyasını dəstəklədiklərini və Azərbaycanın əzəli torpağı olan Qarabağda erməni qəsbkarlarının milli sərvətlərimizi talamasını dayandırmağı tələb edirlər.
ADTGT-nin 10 illik partnyoru olan "Dostluq Körpüləri - Bosniya və Herseqovina" Assosiasiyası Qarabağ həqiqətləri ilə bağlı Avropada müxtəlif dəstək kampaniyaları təşkil edən və hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici QHT-lərdəndir.