BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bir müddət əvvəl, Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib ki,  Qarabağ ermənilərinin statusu Azərbaycan vətəndaşı olmaqdır. O qeyd edib ki, onların yalnız bir statusu ola bilər – o da, Azərbaycan vətəndaşı!

 

"Xeber 7" məlumat verir ki, Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında deyib ki, bütün hüquq normaları, dünyada insan haqqları ilə bağlı sənədlərdə, qətnamələrdə  göstərilir ki, ölkə ərazisində yaşayan bütün xalqlara diqqət olmalıdır.

“Bütün millətlərə dövlətlər öz ölkəsində birmənalı davranmalıdır. Vətəndaşlarına göstərmiş olduğu diqqət və qayğını həmin xalqlara, millətlərə də göstərməlidir. Azərbaycan tək regionda deyil, dünyada da tolerant bir ölkə kimi tanınır.

 

Bilirsiniz ki, Azərbaycanda bir çox xalqların, millətlərin nümayəndələri yaşayır və qardaş xalq, qardaş millət olaraq münasibətlərimiz var. Bütün dövrlərdə olduğu kimi 2020- ci il Vətən müharibəsində də, Birinci Qarabağ Müharibəsində də Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bağlı Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də,  Azərbaycan uğrunda döyüşə atıldılar. Ərazi bütövlüyümüzün bərpa olunmasında müstəsna xidmətlər göstərdilər.

Eyni zamanda Azərbaycan dövləti də həmin igidlərə digər vətəndaşlarımız kimi eyni münasibəti sərgiləyib, onlara da xüsusi medallar, ailə üzvlərinə  diqqət və qayğı göstərdi”-deyən politoloq qeyd eidb ki, Azərbaycanda kimin hansı millətə mənsub olmasına baxmayaraq, hamı özünü azərbaycanlı sayır.  Azərbaycanlı olduğu ilə də fəxr edir.

Politoloqun fikrincə,  Azərbaycan dünyada tolerant ölkə olaraq tanınır. Xankəndidə və digər ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımız mütləq şəkildə Azərbaycan Respublikasının vətəndaşı olacaq, başqa yolu yoxdur.  Onların başqa statusu ola bilməz.

“Azərbaycanda hal-hazırda yaşayan ermənilər var,  Bakıda, Sumqayıtda, Gəncədə Azərbaycanın başqa bölgələrində yaşayan ermənilər var.

Onlar Azərbaycan vətəndaşlarıdır və bugünə kimi onlar milliyətinə görə heç bir problemlə üzləşməyiblər.

Onlara digər vətəndaşlarımız, nə də dövlət orqanları tərəfindən heç bir təzyiq olmayıb. Azərbaycanda hazırda 30 minə yaxın erməni yaşayır.

Xankəndi və digər bölgələrimizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlar da Azərbaycan vətəndaşlarının hüquqlarına sahib olacaqlar”.

Bu gün Azərbaycan Respublikasının vətəndaşlarının yaşam tərzinə, hüquqlarına baxsaq və sonra da Ermənistanda yaşayan erməni vətəndaşlarının hüquqlarına, dolanışığına, həyat tərzinə nəzər salsaq, mənfi mənada fərqi çox açıq şəkildə görərik. Azərbaycan vətəndaşı olmaq onlar üçün bir fəxr hissi olmalıdır, yəqin ki onlar da bunu başa düşür.

Xatırlayırsınızsa, bir neçə dəfə Xankəndidə və digər ərazilərimizdə yaşayan ermənilər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət etmişdilər ki, “Biz Azərbaycan Respublikası vətəndaşlığını qəbul edirik”.

 

Cənab prezident də bütün çıxışlarında qeyd edib ki, orada yaşayan erməni əsilli vətəndaşlar bizim vətəndaşlarımızdır və biz onlara sahib çıxacağıq.

Onları digər vətəndaşlarımızla eyni statusda görmək istərdik və görəcəyik də. Onlar da bizim vətəndaşlarımız olaraq, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında da yaşamaq hüququna malik olacaqlar.

İradə Cəlil

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər