BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Siyasi partiyalar haqqında” yeni Qanun partiyaların cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə çox böyük töhfə verəcək

 Bu gün Azəraycanda demokratik dəyərlərə və milli həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiya formalaşıb. Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir. Məhz bu amillər Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurətini yaratmışdır. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Ümumi olaraq 47 siyasi partiyadan yeni qanun layihəsi ilə bağlı Milli Məclisə 250-dən çox təklif göndərilmişdir. Bununla yanaşı, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən 100-dən çox təklif irəli sürülmüşdür. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı bir sıra beynəlxalq qanunlar və müxtəlif ölkələrin təcrübəsi nəzərdən keçirilmişdir.

Demokratik şəraitə uyğun olaraq “Siyasi Partiyalar haqqında” qanun layihəsinin uzun müddət müzakirəsi aparılmışdır. Bir çox partiyalar qanunla bağlı öz təkliflərini vermişlər və bütün bunların hamısı ictimai müzakirələrdə bir daha nəzərdən keçirilmişdir. Xatırladaq ki, ötən ilin oktyabrın 24-də və noyabrın 4-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmələr keçirilmişdir. Dekabrın 16-da isə Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilmişdir.

“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi çox sıra məsələləri ehtiva edir. Bu, özü bir yenilikdir ki, qanunda bir çox siyasi terminlər tam açıq şəkildə göstərilmişdir. Yeni qanuna görə siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstəriləcək. Partiyaların fəaliyyətlərinin tənzimlənməsi baxımından da “Siyasi partiyalar haqqında” yeni Qanun çox önəmlidir. Ümumi olaraq sənəddə siyasi partiyaların fəaliyyətini əks etdirən bütün məsələlər detallı şəkildə qeyd edilib. Bütün bunlar da indiki dövrün tələblərinə uyğundur. Yeni qanun layihəsi siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqun yaranmasına və güclənməsinə müsbət təsir edəcək. Dövlət idarəçiliyində və siyasi hakimiyyətin formalaşmasında partiyaların mühüm rola malikdir. Qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərin daha fəal tətbiq edilməsi işinə də təsir edəcək. Bu qanun layihəsi, həmçinin xalqın siyasi iradəsini ifadə edir.

“Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda sağlam siyasi mühitin formalaşdırılması və yeni cəmiyyət quruculuğu prosesini daha da sürətləndirəcək. Eyni zamanda partiyaların cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə yeni qanun layihəsi çox böyük töhfə verəcək.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər