BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri  regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səy  göstərirlər

 Prezident İlham Əliyev 2023-cü ildə xaricə ilk işgüzar səfərini yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edib. BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə gerçəkləşən bu səfər ölkələrimiz arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqləyir. Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Yanvarın 16-da BƏƏ-nin paytaxtıda Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində cənab Prezidentin iştirakı və belə bir mötəbər tədbirdə çıxşı səfərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Dövlətimizin başçısı çıxşında Azərbaycan ilə BƏƏ arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd edib. Bu münasibətlərin istiliyi ondan irəli gəlir ki, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ Azərbaycana daima dəstək göstərib. Fransa ilə Ermənistanın BMT TŞ-də Laçın-Xankəndi yolundakı aksiyaya görə Azərbaycan qarşı qəbul etdirmək istədiyi qətnaməyə BƏƏ-nin qarşı çıxması xüsusi vurğulanmalıdır. BƏƏ-nin bu dəstəyi dostluğun və qardaşlığın nümunəsi olaraq qiymətləndirilir. Çox müsbət haldır ki, hər iki dövlət regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səy  göstərirlər.

Xatırladaq ki, 2008-ci ildən etibarən ənənəvi olaraq “Əbu-Dabi Dayanıqlılıq Həftəsi” keçirilir. Müxtəlif ölkələrdən nümayəndə heyətlərinin, sahibkarların, elm adamlarının qatıldığı Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu mövzuda dünyanın ən aparıcı tədbirlərindən hesab olunur.  Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Qürurverici məqamdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı BƏƏ mətbuatının gündəmində olub. BƏƏ-nin rəsmi WAM informasiya agentliyi, eləcə də “Əl Xalic”, “Əl-Ayn” portallarında dərc olunmuş məqalələrdə isə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmədiklərini bildirib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşmanın hələ qısamüddətli bir layihə olduğunu, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını söyləyib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.

Prezident İlham Əliyevin BƏƏ səfəri iki ölkə arasında əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini göstərir. Çünki artıq dövlət başçıları tərəfindən siyasi xəttə müəyyənləşdirilib. Bu siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gözlənilir. Bütün bunlar da hər iki sülhsevər dövlətin əməkdaşlığının daha da güclənəcəyindən xəbər verir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər