BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2021-ci il yanvarın 19-da Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin 31-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda “20 Yanvar milli iradəmizin zəfər çaldığı gün” sözləri qeyd edilib. Bəli, bu gün tariximizə faciəli gün kimi daxil olsa da, 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür. Çünki  bu faciədə canını fəda edən şəhidlərimizi artıq 3-cü ildir ki, tam fərqli şəkildə anırıq. 30 il qəm-qüssə, kədərlə, ürəkağrısı ilə andığımız bu gün bu dəfə hər birimizdə fərqli bir hisslər oyatdı. Xalqımız vətənpərvər övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına başıuca, üzüağ gedir. 20 Yanvar şəhidlərimizi bu dəfə kədər, qəm qüssə ilə yox, fəxarətlə, qürurla yad etdik. Biz sübut etdik ki, şəhidlərimizin qanı bahasına başa gələn azadlığımız, istiqlaliyyətimiz əmin əllərdədir. Çünki biz xoşbəxt və qəhrəman xalqıq ki, şəhidlərimizin qisasını ala bildik. Vaxtilə 20 Yanvar faciəsinin katalizatoru olan Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub. Müstəqil Azərbaycan dövləti bu gün tarixində ən güclü dövrünü yaşayır.
Bu il Şəhidlər xiyabanına ziyarət edənlər arasında gənclərimiz daha çoxdur və həmin gənclərin çoxu ömründə heç Qarabağ torpağını görməyib. O gənclər ki, vüqarımız olan Şuşanı dişləri, dırnaqları ilə vuruşa-vuruşa düşməndən geri aldılar. Bütün nəsillərin böyük qələbəmizdə zəhməti, payı olsa da, sözsüz ki, düşmənə döyüş meydanında ən böyük zərbəni Azərbaycan gəncləri vurdu. Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimiz çox vətənpərvərdirlər. Azərbaycan gəncləri Vətən torpaqlarını azad etmək üçün fədakarlıq, qəhrəmanlıq nümunələrinə çevrildilər. Həmin gənclərin 20 Yanvar şəhidlərini ziyarəti fərqli bir atmosfer, təntənə, vəhdət yaratdı.
Məhz buna görə də Qalib Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi: «20 Yanvar milli iradəmizin zəfər çaldığı gün»dür.
Bəli, 20 Yanvar milli qürurumuzun şərəf salnaməsidir. Çünki bir qərinəyə yaxın vaxt ötür həmin tarixdən. 33 ildir xalqın yaddaşına əbədi həkk olunan bu tarix Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı sayılır. 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, milli ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. O gün tariximizə həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirilir.
20 Yanvar faciəsi ilk növbədə siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml qanlı Yanvar qırğınını törətdi. Və çoxu ermənilərdən olan rus qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 05:30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki yanvarın 20-də saat 00-00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Qanlı Yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Faciə ilə əlaqədar ilk rəsmi etiraz ulu öndər Heydər Əliyev tərəfindən oldu. Heç bir təhlükədən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Bu gün isə, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir və bu gün də humanist siyasətini davam etdirir.
Bir sözlə, 33 ildir ki, Bakının ən yüksək yerində hər bir azərbaycanlı, eyni zamanda biz gənclər üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Artıq 3 ildir Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın ruhları da şaddır. Çünki qanları yerdə qalmayıb. İndi həmin müqəddəs məkana üz tutan hər bir azərbaycanlı, hər bir gənc məzarlar önündə mətin dayanaraq ona müstəqillik qazandıran ölməz qəhrəmanların ruhlarına dualar oxuyur. Hər kəs qürurludur, şəhidlərin isə ruhları şaddır. Çünki azadlığı, müstəqilliyi uğrunda canını fəda etdiyi ölkə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

 

Fuad Heydər,

Siyasi şərhçi

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər