
Siyasət
22.01.2023 / 18:48
Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayırıq
Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.AZƏRTAC xəbər verir ki, bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.