BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti mərhələsinin Moskvada baş tutacağı gözlənilir. Ötən il dekabrın 23-də Moskvada belə bir görüşün baş tutacağı planlaşdırılırdı. Ancaq son anda Ermənistan Moskva görüşündən imtina etdi. Ermənistanın Rusiyadan qopardılması istiqamətində Qərbdən edilən təsirlər öz işini görsə də, yenə Ermənistanın ümidi Moskvaya qalıb. Azərbaycan üçün isə, danışıqlarda vasitəçi ölkənin kim olmasının fərqi yoxdur
 

“Sülh danışıqları başlayan zaman ilk addım Rusiya  tərəfindən atıldı. 10 noyabr bəyannaməsi məhz Rusiya prezidenti Vladimir Putin tərəfindən, onun göstərdiyi təşəbbüs nəticəsində baş tutdu. Vladimir Putinin cənab prezident İlham Əliyevə müraciəti nəticəsində atəşkəs elan olundu. Sonradan üç tərəfli müəyyən görüşlər keçirildi. Razılaşmalar əldə edildi. Bütün proseslər Rusiyanın təşəbbüsü ilə həyata keçirilirdi. Avropa İttifaqı prezidenti  Şarl Mişelin təşəbbüsü ilə də görüşlər keçirildi. Bu görüşlərdə Azərbaycan 5 bənddən ibarət olan şərtlərini təqdim etdiyi zaman bu şərtlər həm Rusiya tərəfindən, həm də Şarl Mişel tərəfindən məqbul hesab edilmişdi”.

"Xeber 7" məlumat verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi bu danışıqlardan, razılaşmalardan yayınaraq müddəti uzatmaq üçün tərəf kimi Fransanı da məsələyə daxil etməyə çalışırdı. Azərbaycan buna razı deyil.   Ermənistan tərəf verdiyi vədlərə sadiq olmadığı üçün Avropa Birliyinin təşəbbüsü hələ də gözləmə mövqeyindədir.

Politoloq hesab edir ki,  Rusiya təşəbbüsü yenidən ələ alaraq,  sülh müqaviləsinin imzalanması üçün  addımlar atarsa, bu Azərbaycan üçün də məqbul hesab edilə bilər.  Çünki Azərbaycan üçün hansı gücün, hansı təşkilatın və ya ölkənin vasitəçilik etməsinin fərqi yoxdur. Əsas məsələ irəli sürülən təklifin həyata keçməsidir.

“Azərbaycanın ərazi bütövlüyü qəbul ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünə xələl gələcək heç bir addım atılmayacağına Ermənistan dövləti və vasitəçi dövlət zamin durmalıdır. Eyni zamanda sərhədlər müəyyən edilməli, Zəngəzur dəhlizi açılmalı, bununla da Azərbaycanın qərb rayonlarının Naxçıvanla birbaşa əlaqəsi təmin olunmalıdır. Amma bu proseslərə İran və Fransa mane olur. Bu ölkələr Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunmasını istəmirlər. Bu səbəbdən də məsələ uzanır”-deyən politoloq bildirib ki,  Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ərazi bütövlüyünə hörmətlə yanaşır.

Eyni zamanda Zəngəzur dəhlizinin açılması təşəbbüsü də, “Üç tərəfli bəyanat”-da yer alıb. Rusiya prezidenti də, Ermənistanın baş naziri də onu təsdiq edib. Razılaşma əldə edilib. Yəni artıq Azərbaycan bu məsələdə uduza bilməz.

Politoloqun fikrincə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün hansı ölkənin təşəbbüs göstərməsinin  Azərbaycan üçün böyük fərqi yoxdur. Əsas məsələ odur ki, Azərbaycanın irəli sürdüyü şərtlər, tələblər təmin olunsun, 10 noyabr bəyannaməsində təsdiq olunan müddəalar öz həllini tapsın.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər