BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündən bir həftə sonra - martın 9-da ölkəmizin paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda dünya birliyinə, xüsusən beynəlxalq münasibətlərin aparıcı aktorlarına ciddi mesajlar verildi, vacib çağırışlar edildi. 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurum rəhbərliyinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin, 23 ölkənin xarici işlər naziri müavinlərinin iştirak etdiyi, ümumilikdə isə 61 ölkədən 360-dək yüksək səviyyəli nümayəndənin təmsil olunduğu X Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” kimi həssas bir mövzuya həsr edilmişdi. Heç şübhəsiz ki, tanınmış siyasi nüfuz sahibləri tərəfindən bu cür mötəbər platformada səsləndirilən fikir və təkliflər dünyanın siyasi qərar və güc mərkəzlərinin diqqətindən yayınmır, gələcək “yol xəritəsi”nin hazırlanmasında əhəmiyyətli rol oynayır. O da şübhəsizdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı son təxribatları fonunda Bakıdan verilən birmənalı bəyanatlar qonşu ölkələrin və Ermənistanın havadarlarının da diqqətindən qaçmır. Çünki bu bəyanatların hər biri dünya nizamını təhdid edən işğal siyasətinə və ərazi bütövlüyünün pozulmasına qarşı ortaq və qətiyyətli beynəlxalq mövqenin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin giriş çıxışında verdiyi bəyanat həm də bu mənada xüsusi əhəmiyyətə malikdir: “Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı həmin bəyanatla Forum iştirakçıları ilə yanaşı, beynəlxalq birliyə o mesajı verdi ki, hansı coğrafiyada baş verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün pozulmasının və separatçılıq meyillərinin qəbuledilməz olduğu əvvəlcədən bilinməli, onlara qarşı ortaq beynəlxalq münasibət sərgilənməlidir. Azərbaycan Prezidenti nüfuzlu auditoriyanın diqqətinə bir daha onu da çatdırdı ki, Ermənistanın ölkəmizə qarşı üç onillik ərzində davam edən işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə cinayətinə, məhz işğal dövründə şəhər və kəndlərimizi yerlə-yeksan etməsinə baxmayaraq, Azərbaycan savaş meydanında əldə etdiyi tarixi Zəfərdən sonra Ermənistana sülh müqaviləsini imzalamağı təklif edib. Ölkəmizin sülh təklifi yenə də ərazi bütövlüyünün toxunulmazlığını və suverenliyə hörməti ehtiva edən beş təməl prinsipinə söykənir. Prezident İlham Əliyev açıq mətnlə bildirdi ki, Ermənistan hər dəfə bu təklifə hazır olduğunu bildirsə də, təəssüf ki, bu, yalnız görüntü xarakteri daşıyır. Çünki Ermənistan daha çox onun üçün vacib olan həyat əhəmiyyətli bu qərarı qəbul etməkdə sərbəst və müstəqil deyil. Elə bu səbəbdən dövlətimizin başçısı nüfuzlu qonaqların və dünya birliyinin diqqətinə bu acı reallığı da çatdırdı: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Azərbaycan Prezidenti Ermənistanla bağlı həqiqi siyasi mənzərəni diqqətə çatdırmaqla, əslində, onu da dedi ki, 28 il boyunca vasitəçilərdən bəziləri tərəfsizliyi gözləmədiyi kimi, indi buna cəhd edən siyasi ünvanlar arasında da eyni davranış müəlliflərini görmək mümkündür. Ermənistan BMT kimi mötəbər beynəlxalq təsisatın məlum dörd qətnaməsinə 27 il ərzində həm də bu cür səbəblərə görə məhəl qoymadı. Azərbaycan Prezidenti çıxışında həmin məqamlara da xüsusi diqqət yetirdi: “Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər”.

Bakı Forumu ərəfəsində ölkəmizə rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də mətbuata verdiyi bəyanatında ölkəmiz və təhlükəsiz dünya nizamı üçün vacib olan belə bir açıqlama verdi: “Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir... Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın”. Ali qonaq bu mövqeyini X Qlobal Bakı Forumunda çıxışı zamanı bir daha ifadə etdi.

Builki Münxen Təhlükəsizlik Konfransından və Qoşulmama Hərəkatının Zirvə görüşündən başlayaraq, Bakı Forumu artıq üçüncü beynəlxalq platformadır ki, ərazi bütövlüyünün toxunulmazlığı və ölkələrin suverenliyinə hörmətlə bağlı olan fundamental prinsiplər münaqişələrə beynəlxalq münasibətin ortaq mövqeyini daha çox ifadə edir. Onu da müşahidə edirik ki, hətta bir vaxtlar fərdi siyasi maraqlarının diktəsi altında müqəddəratı təyinetməni ərazi bütövlüyünün toxunulmazlığı ilə eyniləşdirənlərdən bəziləri nə qədər təhlükəli siyasətə yol verdiklərini indi tədricən görməyə başlayıblar. Bakı Forumunun dünyanın təhlükəsizlik arxitekturasına verdiyi mühüm töhfələrdən biri də məhz bu cür ziyanlı yanaşmaya qarşı vahid və ədalətli beynəlxalq münasibətin formalaşdırılması ilə bağlıdır. Forumda aparılan müzakirələr və səsləndirilən fikirlər bir daha onu da təsdiq etdi ki, Azərbaycan beynəlxalq əlaqələrdə etibarlı tərəfdaş kimi tanınmaqla yanaşı, artıq həm də nüfuzlu siyasi mərkəzə və mütərəqqi dünya üçün cəlbedici ölkəyə çevrilib. Qlobal qarşıdurma fonunda ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi konkret töhfə onun göstəricisidir ki, Azərbaycan Qarabağ məsələsində olduğu kimi, digər münaqişələrdə də bəşəri dəyərlərin, beynəlxalq hüququn və haqqın tərəfindədir. Prezident İlham Əliyev çıxışı zamanı beynəlxalq münasibətlərin yönünü müəyyən edən bu vacib amilə və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət yetirdi: “Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək... Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq”.

Ü.Quliyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı mötəbər auditoriyanın diqqətinə onu da çatdırdı ki, geosiyasi ziddiyyətlər fonunda ölkəmizin nəqliyyat infrastrukturuna tələbat heç vaxt olmadığı qədər yüksəlib. Xəzər dənizində ən böyük donanmaya və regionda ən geniş yük aviaparklarından birinə sahib olan Azərbaycan ərazisindən ötən il ərzində keçən tranzit yüklərin həcmi 75 faizdən çox artıb. Təkcə bu faktın özü o deməkdir ki, ölkəmiz yalnız enerji məsələsində deyil, həm də qlobal iqtisadi əməkdaşlıq prosesində əhəmiyyətli iştirakçılardan birinə çevrilməkdədir. Heç şübhəsiz, bu reallığı təxribatlardan əl çəkməyən Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayədarları da görür. Ermənistan bu reallığı görsə də, özü üçün və rifahlı gələcəyi naminə adekvat nəticələr çıxara bilmir. Ona görə yox ki, Ermənistan hakimiyyətində və ya erməni cəmiyyətində sağlam məntiqlə düşünüb təhlil etməkdən hamı kənar düşüb. Bu, yəqin ki, belə deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın sağlam məntiqlə və reallıqla barışmamasının, nəticədə sülh müqaviləsini yubatmasının əsas səbəblərindən biri də onun müstəqil qərar vermək imkanından məhrum olması və ya məhrum edilməsi ilə bağlıdır. Ümid edək ki, Ermənistana havadarlıq edənlərin və guya onu “sevimli bacı” qismində əzizləyənlərin arasında bir siyasi ünvan tapılacaq ki, sevgisində və Cənubi Qafqaza sülh gətirmək istəyində, həqiqətən, təmənnasız olsun, bütün addımlarını yalnız siyasi maraqlarına bağlamasın. Nəhayət anlasın ki, təhlükəsiz dünya nizamını bərpa etmək üçün ərazi bütövlüyünün toxunulmazlığına və ölkələrin suverenliyinə istisnasız olaraq bütün coğrafiyalarda hörmətlə yanaşılmalıdır, ayrı-seçkiliyə və selektiv yanaşmaya yol verilməməlidir. Beynəlxalq birlik qəbul etməlidir ki, bu baş vermədikcə, dünya nizamı heç vaxt təhlükəsiz olmayacaq, əksinə, yeni münaqişələrə zəmin yaranacaq.

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər