BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son illər dünya gündəmini təşkil edən mövzuların müzakirə olunduğu, mühüm beynəlxalq konfransların, qlobal forumların və bir sıra nüfuzlu tədbirlərinin keçirildiyi məkana çevrilən paytaxt Bakı bu günlərdə yenə də diqqət mərkəzində olmuşdur.

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Forum  martın 11 tarixinə qədər davam etdi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirlər, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Onu da qeyd edim ki, builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir - “Dünya bu gün: Çağırışlar və ümidlər”. Bir sözlə, paytaxt  Bakının belə forumlara ev sahibliyi etməsi təqdirəlayiq bir haldır və dünya tərəfindən də olduqca müsbət qarşılanır.

Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.

Forumun əsas müzakirə mövzuları olan qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, iqlim, qida və nüvə təhlükəsizliyi, postpandemiya dövründə görüləcək işlər və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak etdi. Dövlətimizin başçısı açılış mərasimində çıxışında bir sıra mühüm məsələlərə toxundu. 

Azərbaycan lideri Qarabağ münaqişəsinin həllinin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaratdığını söylədi. Ölkəmizin münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlət başçısı bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəldiyini bir daha bildirdi.  

Prezident ATƏT-in Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini və buna görə Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmadığını dedi: "Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər”.

  Cənab İlham Əliyev bu zamana qədər də dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, biz məsələni hərbi yolla həll edəcəyik. Elə məhz bu cür də oldu. Birincisi, Ermənistan işğalçı siyasətini, təcavüzkar mövqeyini davam etdirdi, yeni təxribatlara əl atdı, bu gün də təxribatlara əl atmaqdadır. İkincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli mövqe ortaya qoymadılar. Onların işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması, qərəzli mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. 

Bir sözlə qeyd etmək istəyirəm ki, dövlət başçımız forumun açılışında söylədiyi dərin məzmunlu çıxışı zamanı bir daha region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunasıdır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir platforma rolunu oynayır.

 

Mehdi MEHDİYEV, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri 

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər