
Xalq-iqtidar birliyi əbədidir
Şanlı Qələbəmizdən 2 ildən çox keçməsinəbaxmayaraq, xalqımızın vətənpərvərlik ruhu gündən-günə artır. Zəfər tariximiz haqqında yazılmış mahnılar, çəkilmiş qısametrajlı filmlər bunu deməyə əsas verir. 30 illik əsarətin qisası 44 gündə alındı.
Politoloq Ramiz Alıyev bildirir ki, 44 günlük Vətənmüharibəsi Azərbaycan dövləti və xalqı üçün bir sınaqidi. Həmin dövrdə biz həm torpaqlarımızın işğaldan azadedilməsi, həm xalq-dövlət birliyinə əngəl yarada biləcəkqüvvələrlə, eyni zamanda ölkə daxilində müəyyən terroraktlarının baş verməməsi üçün mübarizə aparırdıq: "90-cı illərdə Azərbaycan torpaqları erməni hərbibirləşmələri tərəfindən işğal olunanda həmin dövrdəindiki kimi, xalq-dövlət birliyi yox idi. Qarabağ bölgəsindəmüharibə gedir, torpaqlarımız kəndbəkənd, rayonbarayon işğal altına düşür, buna baxmayaraq, Bakıda isə hakimiyyət uğrunda savaş gedirdi. Hər birvəzifəli şəxsin özünə görə adamı, ordusu var idi və bunagörə də kim hakimiyyətdə yaxşı post tuta bilmirdisə, özünə aid olan hərbçiləri, müəyyən qrupları geri çəkirdi. Yəni xalq, vətən uğrunda döyüşmək anlayışı yox idi.
Əlbəttə, həmin vaxtlarda igid əsgərlərimiz, komandirlərimiz var idi ki, onlar öz canları bahasına olsada torpaqlarımız uğrunda savaşıb, qəhrəmanlıqgöstərirdilər. Təəssüflər olsun ki, həmin dövrdəhakimiyyət savaşları xalqımızda məyusluq yaradırdı. Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidənhakimiyyətə qayıtdıqdan sonra atəşkəs elan edildi vəbundan sonra Azərbaycanın güclənməsi prosesibaşladı. Bu proseslərin uğurla inkişaf etməsinəticəsində, əlbəttə ki, istər 2016-cı il Apreldöyüşlərində, istərsə də 2020-ci il İkinci Qarabağmüharibəsində Azərbaycan düşmənə adekvat cavabverdi. Bizim igid əsgərlərimiz Müzəffər Ali BaşKomandanımızın əmri və rəhbərliyi ilə döyüşə atılaraq, erməni hərbi birləşmələri və onun havadarlarının dəstəyiilə 4 ilə işğal edilmiş ərazilərimizi 44 günə geri qaytarabildi. Eyni zamanda BMT Təhlükəsizlik Şurasınınqətnamələrini yerinə yetirmiş oldu. Bu proseslərdəAzərbaycan dövləti ilə xalqı, ordusu birlik nümayişetdirdi.
Bizim mülki vətəndaşlarımıza edilən terror aktları, Gəncə, Bərdə, Tərtər kimi böyük şəhərlərimizə atılmışhərbi ballistik raketlər nəticəsində çoxsaylı insanımızıitirdik. Həmin vaxt həlak olanların ən yaxınları, doğmaları çıxış edərək deyirdilər ki, nə olursa-olsun bizöz torpaqlarımızda qalacağıq, son nəfərimizə qədərölsək, həlak olsaq da evlərimizi tərk etməyəcəyik, torpaqlarımız azad olana qədər mübarizəmiz davamedəcək. Ermənistanda isə xalqla hakimiyyət arasındasavaş gedirdi. Əhali haqlı olaraq dövlətindənAzərbaycan torpağında vuruşmalarının, övladlarınınorada şəhid olmalarının haqq-hesabını sorurdu. Azərbaycan xalqı isə bunun əksinə, haqlı olaraq öztorpaqlarında vuruşurdu və oranı azad etdi. Bütünbunların əsasında isə azərbaycançılıq ideologiyasıdayanır. 1993-cü ildən başlayaraq ulu öndərinhakimiyyətə qayıdışından sonra Azərbaycançılıqideologiyası formalaşmağa başladı. 2003-cü ildəMüzəffər Ali Baş Komandan, Prezident İlham ƏliyevinPrezident seçilməsi bu proses daha da sürətləndi. Bunun nəticəsi də elə odur ki, Prezident İlham Əliyevinhakimiyyəti dövründə ömürlərində heç zaman həminəraziləri görməyən gənclər öz ata-baba torpaqlarınıdüşmən işğalından azad etdi. O gənclər indi də həminəraziləri bərpa edirlər. Bunların hamısı ideologiyamızındüzgün qurulmasının, inkişaf etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycan əhalisi yekdilliklə bir söz deyir: Hərbirimiz cənab Prezidentin yanında, ətrafındayıq.
Müharibə zamanı Prezident İlham Əliyev hər günxalqımıza qələbə xəbərlərini verirdi, buna görə dəvətəndaşların ona sevgisi birə-min artdı. Bütün dostölkələrin rəhbərləri, Avropa liderləri etiraf edir ki, Prezident İlham Əliyevin sözü imzası qədər dəyərli vəetibarlıdır. Cənab Prezident nə deyirsə, onu da edir. Bununla da xalqının inamını doğruldur. Azərbaycanxalqı hər zaman öz Prezidentinin yanındadır.
Töhfə SƏMƏDOVA,
"Respublika".