BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ermənistan silahlı qüvvələri və yaxud rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə mövcud olan qeyri-qanuni erməni hərbi birləşmələri davamlı olaraq Ordumuza qarşı müəyyən təxribatlar törədirlər. Ancaq bu təxribatçı addımları Ermənistan özbaşına ata bilməz. Rəsmi İrəvan elə bir gücə malik deyil ki, bu cür özbaşınalıqları heç bir təlimat olmadan rahatlıqla həyata keçirtsin”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Politoloq bildirib ki, regionda Ermənistanı “ruhlandıran” və öz maraqları çərçivəsində alətə çevirən qüvvələr var:

“Ermənilər regionda sabitliyin pozulmasında maraqlı olan havadarlarına arxalanır. Ermənistan xülyalarından əl çəkmiyincə müəyyən siyasi dairələrin əlində oyuncaq olaraq qalmaqda davam edəcək. Çünki dövlət olaraq nə özünə, nə də xalqına sərf edən və dividentlər gətirən heç bir addım atmır”.

R. Alıyev onu da vurğulayıb ki, Azərbaycan  Ordusu Vətən müharibəsindəki qələbəsindən sonra daha da gücləndirilmiş və hazırlıqlı vəziyyətdədir:

“Azərbaycan xalqı da öz Ali Baş Komandanı və Ordusunun ətrafında bir yumruq kimi birləşib. Belə bir həmrəyliyə güc gəlməkdə dağılmış Ermənistan dövləti və Ordusunun ömrü yetməz. Aprelin 11-də baş vermiş təxribatlarda Ermənistan göstərişi birbaşa İrandan alıb. Faktdır ki, baş verən hadisədə İrana aid dronlar və  silah-sursatdan istifadə olunub. Hesab edirəm ki, bu təxribatların arxasında İran dövləti və hakimiyyəti dayanır.  Bu da Ermənistanın yox, İranın mənafeyinə xidmət edən addımdır. Çünki İran regionda sabitlik yox, daima münaqişə istəyir ki, onun hərəkətləri çox gözə batmasın. Çünki İran nüvə silahının hazırlanması ilə bağlı planlarını göz önündə olmadan sürətləndirməyə çalışır. “Güclü dövlət” olması üçün regionda sabitlik ona sərf etmir və yaddan çıxarılmağa çalışır. Həm də rəsmi Tehran istəməz ki onun şimalında Azərbaycan kimi güclü dövlət olsun. Ona görə də Azərbaycana qarşı Ermənistandan alət kimi istifadə etməyə davam edir. Ancaq rəsmi  Tehran Azərbaycanın gücünü və güclü müttəfiqlərinin olduğunu hərdən bir unudur. Bir tərəfdən molla rejimi unudur ki, orada 40 milyon soydaşımız yaşayır. Onlar da bu məsələlərə görə İran hakimiyyətini qınayacaq. Beləliklə vəziyyət daha da gərginləşsə, güclü etirazlar baş qaldıra bilər”.

//Gülnarə Abasova, Editor.az

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər