BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir.

Türkiyəyə ezam olunmuş xüsusi müxbiri saytımıza xəbər verir ki, YAP nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev daxildir.

Nümayəndə heyəti əvvəlcə aprelin 13-də Bursa şəhərinə səfər edib. Bursa Böyükşəhər Bələdiyyəsinin binasında keçirilən görüşdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşın iştirak etdikləri görüşdə Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi olduğu vurğulanıb.

Efkan Ala bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyəyə çatıb. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin bütün dünya üçün nümunə olduğunu deyən Efkan Ala diqqətə çatdırıb ki, dostluq və əməkdaşlıq, həyata keçirilən beynəlxalq layihələr böyük bir coğrafiyaya sülh, inkişaf və rifah gətirib. O, mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin önəmindən bəhs edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır” fikrini xatırladaraq, iki qardaş dövlətin birliyinin əbədi və sarsılmaz olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı Prezident Rəcəb Tayyib Ərdoğanın qardaş ölkəyə rəhbərliyi dövründə daha da dərinləşib. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün aparılan 44 günlük Vətən müharibəsində bir millət, iki dövlət prinsipinə layiq mövqe nümayiş etdirildi. Qardaş Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək verdi.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş qonaqlara şəhər haqqında ətraflı məlumat verib. Bildirib ki, Türkiyədə özünəməxsus xüsusiyyətləri ilə seçilən bölgələrdən biri də Bursadır. Bu şəhər turizm, kənd təsərrüfatı, mədənçilik kimi mühüm sahələrdə böyük imkanlara malikdir. O, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən qürur duyduqlarını dedi. Bursanın 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olduğunu xatırladan bələdiyyə sədri keçirilən tədbirlər çərçivəsində qardaş Azərbaycandan nümayəndə heyətlərinin gəldiyini xatırladıb. Alinur Aktaş Türk Dünyasının Mədəniyyət Paytaxtı estafetinin Şuşaya verilməsindən qürurlandıqlarını bildirib. O, füsunkar mənzərəsi ilə seçilən Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində təqdim etdiyi rəngarəng proqramları ilə dünyanın hər yerindən turistləri cəlb edəcəyini vurğulayıb.

Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Bursa Böyükşəhər Bələdiyyəsinin tarixi binasının xatirə kitabına ürək sözlərini yazıb.

Bildirilib ki, 1880-ci ildə inşa olunan bu bina Türkiyənin ən qədim bələdiyyə binasıdır. Bursa Təyyarə Mədəniyyət Mərkəzi ilə tanış olan nümayəndə heyəti sonra şəhərlə tanış olub, yerli sakinlərlə söhbət edib. Söhbət əsnasında bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Ən qürurlandırıcı məqam odur ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib.

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər