BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilməsi, ölkə başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ,Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə ayrıca və eyni zamanda geniş tərkibdə görüşüləri  iki ölkə arasında münasibətlərin inkişafının mühüm göstəricilərindəndir.  Əlbəttə ki, rəsmi qarşılanma üçün seçilən şəhər rəmzi məna daşıyır.  Belə ki, hələ 51 il əvvəl,1972-ci ildə  Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmış və  o zamandan   Sarayevo və Bakı qardaş şəhərlər sayılır. 

Səfər çərçivəsində səsləndirilən fikirlər, verilən bəyanatlardan da məlumdur ki,  görsün mahiyyətində həm ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri, həm də beynəlxalq məsələlər, beynəlxalq təhlükəsizlik məsələləri dayanır.  Azərbaycan  bütün ölkələrlə dostluq və humanizm prinsiplərinə, qarşılıqlı fayda verən maraqlara əsaslanan münasibətlər qurur. Və təcrübə göstərir ki, bu ən optimal və müasir dövr üçün ən düzgün  yoldur. Azərbaycan çətin günün dostudur.  Ölkəmiz 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında, eləcə də COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstək göstərmiş,  humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirmiş, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmir etmişdir.

Ölkələr  arasındakı əlaqələrə nəzər salsaq görərik ki, hər iki dövlət  beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini  dəstəkləmiş  və  bu münasibət bu gün də davam edir.  Ölkə başçısı İlham Əliyev də  diqqəti bu məqama yöndəldərək, bildirdiyi kimi, “ Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq”. Əlbəttə ki, Azərbaycan da   öz növbəsində bütün məsələlərdə, o cümlədən,  Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
 Prezident İlham Əliyevin  bu səfəri iki ölkə arasında   münasibətlərin  yeni  mərhələsinin  başlamasını təsdiq edir.  Rəsmi səfər çərçivəsində aparılan danışıqlar,  keçirilən görüş və müzakirələrin  əhatəliyi hər iki ölkə üçün  yeni imkanlar açır.  Azərbaycan və Bosniya və Herseqovinanın arasında  imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir. İqtisadi  istiqamətdə  daha məqsədyönlü  layihələrin həyata keçirilməsi, işlərin görülməsi üçün  Birgə , Birgə İqtisadi Komissiyanın, eyni zamanda,   konkret layihələr üzrə işçi qrupunun yaradılması   qərarı qısa müddət ərzində bu istiqamətdə addımlar atılmasına  səbəb olacaqdır. 

Bu səfər həm də energetika sahəsində çox geniş imkanlar yaradır.  Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir.  Və artıq bu istiqamətdə də əməkdaşlıq  perspektivləri  öyrənilir.  Göründüyü kimi Cənubi Qaz Dəhlizinin  şaxələndirilməsi sahəsində müəyyən planlar  var.  Məlumdur ki,  Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı bu  bölgələridə  yaşayan xalqlar üçün faydalı olacaqdır.

Həm Azərbaycan, həm də  Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir.  Azərbaycan dünyaya “Bakı prosesi” kimi platforma təqdim etmişdir.  Bu istiqamətdə  təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

 Əlbəttə ki, digər mühüm məsələ hər iki ölkənin  minalardan əziyyət çəkməsi, minalarla çirklənmiş ölkələr olmasıdır. Ölkələrimizin  bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması da xüsusi əhəmiyyət kəsb edir. 

Bütövlükdə qeyd etmək lazımdır ki, Azərbaycan və Bosniya və Herseqovina əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkə başçısı İlham Əliyevin siyasi məharəti, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, artıq dünyada nüfuz sahibidir.
 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
 professor Hicran Hüseynova

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər