BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ermənistanın baş naziri Nikol Paşinyan yenə də ənənəsinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoymayıb. Deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünü tanısa, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməlidir. Onlar Qarabağın adını çəkməməlidirlər”.

“Xeber 7" məlumat verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, Paşinyanın ciddi psixoloji problemləri var: “Paşinyan çıxışlarında tez-tez “beynəlxalq ictimaiyyət” ifadəsini işlədir. Amma bilinmir ki, bu zaman erməni baş nazir konkret hansı qurumları nəzərdə tutur. Beynəlxalq təşkilatlar, BMT ölkələrin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın da ərazisi bəllidir. Belə olan halda Paşinyan qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və buna hörmət etməlidir. Özünü dünyaya sülh tərəfdarı kimi təqdim edən Paşinyan bunu əməlində təsdiq etməlidir. Bir neçə gün öncə İrəvanda onun da açılışında iştirak etdiyi beynəlxalq idman yarışında Azərbaycanın bayrağı yandırıldı. Mən başa düşürəm ki, 44 günlük Vətən Müharibəsində aldıqları sarsıdıcı zərbə erməni toplumunda ağır psixoloji izlər buraxıb. İndi onların gücü bayraq yandırmağa, dumanlı havada yolunu azaraq Ermənistana keçmiş gənc əsgərlərə işgəncə verməyə çatır. “Bayraq yandırmaq” müharibədə uduzmuş əzik toplumlar üçün xarakterik “peşədir”. Maraqlıdır ki, hətta torpaqlarımız işğal altında olan dövrdə biz Bakıda keçirilən yarışlarda ermənilərin bayraqlarını yandırmadıq. Özümüzü çox soyuqqanlı apardıq. Ermənilər bu kopleksdən çıxa bilmirlər. Hətta ölkənin baş nazirinin iştirak etdiyi tədbirdə ona qarşı saymazyanalıq edirlər. İrəvanda bayrağımızın yandırılması, həmçinin Türkiyə bayrağı ilə birgə cırılaraq asılması Ermənistanın əsl simasını göstərir. Əgər Paşinyanın erməni cəmiyyətində hörməti olsaydı, heç kəs orada bu cür təxribata əl atmazdı. Paşinyan Ermənistan dövlətinin timsalında beynəlxalq yarışın təhlükəsizliyinin qarantıdır. Amma üzərinə düşən görəvi yerinə yetirə bilmədi. Bayrağı yandıran erməni əslində Paşinyanı təhqir etdi. Beynəlxalq idman qurumları İrəvanda baş vermiş o biabırçılığı beynəlxalq idman yarışına kölgə salan fakt kimi qiymətləndirdilər. Əgər Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamaqda səmimidirsə, bunu praktikada sübut etməlidir. Bayrağımıza hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb edilməlidir. Əks təqdirdə belə təəssürat yaranır ki, baş verən təxribat Paşinyanın kabinetində hazırlanıb”.

Politoloq onu da qeyd etdi ki, Ermənistan Azərbaycanla sərhəddə təxribat xarakterli əməllərdən imtina etməlidir: “Paşinyanın dedikləri ilə Ermənistanda Azərbaycana qarşı atılan addımlar üst-üstə düşmür. Unutmasınlar ki, bugünki, Azərbaycan ordusu nəyinki 1992-1993-cü illər, hətta 2020-ci ildə Zəfər qazanmış ordumuzdan daha güclüdür. Ordumuzun güclənməsi üçün son iki ildə böyük işlər görülüb. Ordumuz baş verə biləcək bütün neqativ hallara qarşı hazırlıqlıdır”.

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər