BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”-Nurlan Qələndərli

“Real partiyasının icra katibi Natiq Cəfərli siyasi partiyaların ideoloji kursu ilə əlaqədar növbəti “mülahizə”lərini ifadə edərkən siyasi savadsızlıqdan irəli gələn ciddi qüsurlara və bəsit yanlışlıqlara yol verib. O qeyd edib ki, “YAP iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır”. Görünür, Natiq Cəfərli ya “iqtidar partiyası” ifadəsinin anlamını bilmir, ya da insanların (ən azından, sosial şəbəkə istifadəçilərinin) siyasi nöqteyi-nəzərdən cahil olduqlarını düşünür. “İqtidar partiyası” seçkidə xalqın dəstəyini qazanaraq hakimiyyət funksiyasını yerinə yetirən siyasi təsisatdır. N.Cəfərlinin anlayacağı dildə, yəni loru və bəsit ifadə etsək, iqtidar partiyası hakimiyyətdə olan siyasi təşkilatdır. Görəsən, onun bunların hansından xəbəri yoxdur – YAP-ın hakim partiya olmasından, yoxsa iqtidar və hakimiyyət sözlərinin mənasından?! Yoxsa hər ikisindən?! Hakimiyyətə iddialı olan partiya nümayəndəsinin “hakimiyyət” məfhumunun anlamından bixəbər olması təkcə qəribə deyil, həm də öz adına ayıbdır. Digər tərəfdən, “iqtidarda təmsilçisi olmaq” nə deməkdir? Məgər Azərbaycanda koalision hökumət var?! Sözün açığı, partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”. 

 

“Xeber7” məlumat verir ki,bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli öz feysbuk hesabında yazıb. 

 

O qeyd edib: “Real təmsilçisi yazır ki, “YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlə”.  Bu yanaşma həm savadsızlıq, həm məlumatsızlıq, həm də qərəzlilik nümunəsidir. Çünki: 

 

- Əvvəla, partiyanın İdarə Heyətinin qərarı ilə 2021-ci ildə təsdiq edilmiş proqramda YAP-ın ideoloji siyasətinin əsasları - bütün istiqamətləri öz əksini tapıb. Əgər N.Cəfərli bir anlıq inkarçılıq psixologiyasından qurtula bilsə və internetdən istifadə etmək imkanına malikdirsə, Yeni Azərbaycan Partiyasının rəsmi saytına daxil olaraq proqramda əksini tapmış ideoloji-siyasi məsələlərlə tanış ola bilər. N.Cəfərlinin pərəstiş etdiyi ölkələrdə deyildiyi kimi, “no comment!”.

 

İkincisi, YAP-ın ideoloji kursu partiyanın siyasi dəyərləri və prinsiplərində öz əksini tapıb ki, buraya müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı aiddir. Əgər N.Cəfərli bu dəyərlər və prinsiplərin hansı ideoloji istiqamətə aid olduğunu müəyyənləşdirə bilmirsə, bunu natamam “iqtisadçı”nın siyasi savadsızlığı adlandıra bilərik. Deyək və agah olsun ki, bu azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyadır. Burada liberalizmin də, mühafizəkarlığın da, yeni mühafizəkarlığın da (və s.) elementləri var, yəni universal ideoloji formuladır. Şərt deyil ki, “Real” kimi ideoloji siyasəti məhz Qərb nəzəriyyələrindən kopya edərək “ya liberal, ya da mühafizəkar”, ya “sağ, ya da sol” deyə kəskin təsnifatlandırma aparaq. Universallığı inkar etmək idealizm deyil, qeyri-REALlıqdır”. 

 

“Nəhayət, N. Cəfərlinin “Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq” ,- sözləri onun partiyasının hələ də öz ideoloji siyasətini müəyyən etməməsindən xəbər verir. Özlərini “hakim partiyaya rəqib” göstərənlərin siyasi-ideoloji kursunun bəlli olmaması, yumşaq desək, gülüş doğurur. Sosial şəbəkələrdə populizm ilə məşğul olmaq əvəzinə, siyasi-ideoloji məsələlər üzərində işləmək məqbul olar. Demaqoqluq natiqlik deyil, elə deyilmi, Natiq Cəfərli?!” ,- deyə N.Qələndərli bildirib.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər