BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547


Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər.
Bütün bu amillər Azərbaycan Respublikasının dünyada artan nüfuzunun və imicinin birbaşa göstəricisidir. Əlbəttə, beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə ilk növbədə ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, dünyanı narahat edən hər bir məsələdə qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsidir. Ölkəmizin bu qələbəsini məhz Prezident cənab İlham Əliyev təmin etmişdir. Çünki məhz beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, kontur mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək məhz dövlət başçısının iradəsinin, mövqeyinin siyasi dəst-xəttinin nəticələridir.
Bir neçə gün bundan əvvəl noyabrın 24-də Bakıda  Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.
Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmiş və cari ilin noyabr ayının 24-də SPECA-nın ilk Sammiti Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Məlum olduğu kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir-biriləri ilə bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Yeni tərkibdə keçirilən Zirvə görüşü də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha geniş formatda inkişafına yol açacaq.
Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən, Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində də önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.

Bəhram Şiriyev, Əməkdar müəllim

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər