BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Fransa Azərbaycana qarşı aşkar düşmənçilik mövqeyindən  çəkilmir. Bu ölkənin qanunverici orqanlarında Azərbaycan əleyhinə qərəzli müzakirələr aparıldığını, qətnamələr qəbul olunduğunu dəfələrlə müşahidə etmişik. Fransa Senatı da bir neçə dəfə hökumətə Azərbaycana qarşı sərt mövqe sərgiləməyi, sanksiyalar tətbiq etməyi təklif edib". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Fransa hökuməti hər zaman özünə bütün bunların parlamentin mövqeyi olması ilə bəraət qazandırıb. Əlbəttə, bunlar manipulyasiya cəhdləridir və Fransanın rəsmi mövqeyi təcavüzkar  Ermənistanı dəstəkləməkdən ibarətdir. Paris hər zaman keçmiş münaqişə vəziyyətinin qalmasında maraqlı olub ki, işğalçı Ermənistana zaman qazandırsın. Məhz Fransa şəhərləri vaxtilə separatçı rejimlə əməkdaşlıq qururdu. Fransa rəsmilərinin Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ ərazisinə qanunsuz səfərləri təşkil olunurdu. 
O qeyd edib ki, bütün bunlar Fransa hakimiyyətinin gözü qarşısında baş versə də,  ona qarşı heç bir reaksiya verməyib: "Əksinə, bu hərəkətlərə dəstək verilib. Fransa Senatının qəbul etdiyi sonuncu qərəzli qətnamə də bu ölkənin Azərbaycanla münasibətləri pozan davranışlarının davam etdiyini bir daha göstərdi. Təbii ki, biz də hər zaman adekvat cavab vermək iradəsini nümayiş etdiririk. Azərbaycan öz mövqelərini inamla müdafiə edir. Fransa ilə öz dilində danışmaq lazımdır". 
E.Mirbəşiroğlu hesab edir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən hökumətə çağırışla bağlı qəbul edilən bəyanat olduqca yerindədir. Bu, Azərbaycanın Fransaya adekvat reaksiya verməklə, bizimlə təzyiq, şantaj dili ilə danışmağın mümkünsüzlüyünü bir daha nümayiş etdirir. Fransa Azərbaycana qarşı belə qərəzli mövqe sərgiləməklə, əslində, təmsil etdiyi Avropa İttifaqının çox vacib maraqlarını ciddi təhlükə altında qoyur. Bu gün Aİ-nin Azərbaycandan böyük enerji asılılığı mövcuddur. "Azərbaycanın təşəbbüskarlığı və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri Avropanın istehlak bazarlarının təmin və təchiz olunmasında xüsusi rol oynayır. Bundan sonra da, məhz Azərbaycanın iştirakçılığı ilə baş tutacaq "Orta dəhliz" layihəsi Avropa üçün çox vacibdir", - deyə o əlavə edib.
Deputatın fikrincə, Fransa Azərbaycana qarşı qərəzli mövqeyi ilə bütövlükdə  Avropanın maraqlarını, iqtisadiyyatını ciddi təhlükə qarşısında qoyur. 
O vurğulayıb ki, Avropa İttifaqına üzv ölkələr Fransa haqqında ölçü götürməlidir, çünki bu davranışlar Avropaya birbaşa təhlükə yaradır.

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər