BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan AŞPA-dan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır

 Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə ikili standart mövqedən yanaşırlar. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən beynəlxalq təşkilatların qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil.

AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı açıq-aydın görünür. Bunu beynəlxalq riyakarlığın təzahürü kimi də qiymətlədirmək olar. Çünki 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

 Əslində, beynəlxalq birlik AŞPA-ya insan haqlarının müdafiəçisi kimi baxır. AŞPA isə buna cavab olaraq qarşılıq verə bilmir. Ümidləri puça çıxardan bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilir. Hətta bu təşkilatın daxilindəki qüvvələr inkişaf etməkdə olan ölkələrə qarayaxma kampaniyası aparırlar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Bu, Qərbin antiazərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Çünki  sessiyadakı çıxışlar qeyri-obyektiv və qərəzlidir. Ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Azərbaycan bu təşkilatdan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır. Onunda deyək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. Bəyatda bildirlib ki, Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir: “Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.

2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”.

Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bir vaxtlar Azərbaycan Qərbə inteqrasiya etmək istəyərkən AŞPA kimi təşkilatları özünə demokratik olaraq nümunə götürürdü. Lakin reallıq göstərdi ki, AŞPA və bu kimi təşkilatlar heç də demokratik dəyərlərə istənilən səviyyədə  hörmətlə yanaşmırlar. Çünki Azərbaycan Qərbə inteqrasiya etdikcə davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə qarşılaşıb. Görünən odur ki, Qərbin tarixən davam etdirdiyi imperializm siyasəti bu gün ikili standart mövqe namyiş olunması ilə özünü biruzə verir. Qarabağ məsələsində Ermənistana lazımi təziyiq etməyən hegemon dövlətlər, qondarma erməni soyqrımı məsələsində ermənilərə dəstək göstərməkdən çəkinmirlər. AŞPA kimi ikili standartlar, qrayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar.   

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər