BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi  203 Şəhid Milli Qəhrəman ailəsi, 15 Sağ Milli Qəhrəman, 34 Şəhid Vətən Müharibəsi Qəhrəman ailəsi və 54 Sağ Vətən Müharibəsi Qəhrəmanları adından  son günlər Avropa qurumlarının ölkəmizə qarşı  yol verdiyi qərəzli münasibətlə bağlı Bəyanatla çıxış edib. Həmin bəyanatın mətnini olduğu kimi təqdim edirik:

“AŞPA-nın yanvarın 22-də, qış yarım sessiyasının açılış günündə ölkəmizin bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi Azərbaycana qarşı açıq-aşkar ikili standartlar siyasətinin tətbiqinə cəhd kimi dəyərləndirilməlidir.

Azərbaycanda fevralın 7-də keçiriləcək seçkiləri müşayiət etməyə AŞPA-nın dəvət edilməməsi və ölkədə “siyasi məhbus”ların olması ilə əsaslandırmaq cəhdləri yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Hələ ötən il aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb etmişdi. Təbii ki, Azərbaycan mahiyyət etibarı ilə Ermənistandan ölkəmizin ərazisində o zaman hələ mövcud olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə və silah-sursat daşımasına icazə vermək anlamına gələn bu tələbi qətiyyətlə rədd etdi. Bundan sonra AŞPA rəhbərliyi 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Aydındır ki, bu istəyin də arxasında ermənilərin “blokadada yaşamaları” barədə uydurma faktlar əsasında saxta hesabatların hazırlanması və bu yolla Avropada anti-Azərbaycan əhval-ruhiyyəsinin gücləndirilməsi məqsədi dururdu. Azərbaycan dövləti yenə də prinsipiallıq və siyasi iradə nümayiş etdirərək, bu cəhdlərin də qarşısını aldı.

Son proseslər AŞPA-nın timsalında Avropa Şurasının başqa bir xislətini də ortaya çıxardı. Bir daha bəlli oldu ki, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. AŞPA-nın Azərbaycana qarşı son əsassız,  faşist davranışının kökündə də bu amil dayanır.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə sülh yolu ilə nail olmaq üçün Avropa Şurasına üzv olmuşdu. Lakin ötən dövrdə gedən proseslər göstərdi ki, bu qurum Azərbaycanın mənafelərinə xidmət edəcək heç bir layihədə maraqlı deyil. Bu gün isə, artıq Azərbaycan dövləti özü Qarabağ problemini kökündən həll edib. Buna görə də ölkəmizin hazırda nəinki dünya səviyyəsində, Avropanın hüdudları daxilində belə nüfuzu olmayan Avropa Şurasına heç bir ehtiyacı yoxdur.

Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. Biz bəyanata imza atan şəxslər və təşkilatlar olaraq bir daha bəyan edirik ki, bu cür basqılar bizim dövlətimizin iradəsini sarsılda bilməz. Avropa qurumlarının bu qərəzli mövqeyini kəskin pisləyirik və bütün məsələlərdə olduğu kimi, bu mövzuda da dövlətimizin yanında olduğumuzu bəyan edirik”.

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər