BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu ilin 2 fevral tarixində ilk dəfə olaraq, Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “2 Fevral – Gənclər Günü” münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib. Forumun iştirakçısı olmuş, 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradılan “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərindən olan, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədli forum haqqında maraqlı təəssüratlarını bildirmişdir:
“Bu ilin 2 fevral tarixində ilk dəfə olaraq, mənim də onlarla daispor gəncləri kimi, iştirak etdiyim Diaopora gənclərinin Beynəlxalq Forum haqqında təəssüratlarım böyükdür. Belə ki, dünyanın 40 ölkəsindən gəlmiş 120 nəfər azərbaycanlı diaspor gənclərinin iştirakıyla keçirilən bu möhtəşəm tədbirdən gözləntilərim özünü doğrultduğuna görə çox şadam. Öncə onu qeyd edim ki, Beynəlxalq forumun iştirakçıları ilə birlikdə, forumdan öncə 01 fevral 2024-cü ildə Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinə toplaşdıq. Əvvəlcə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayıb, diaspor gənclərinə burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, ki, hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi fəaliyyət göstərir. Bu evlər soydaşlarımızın bir araya gəlməsində, mütəşəkkil qüvvəyə çevrilməsində əhəmiyyətli rol oynayır. Biz diaspor gəncləri Macarıstan Azərbaycan Evinin təşkilatçılığı ilə forumun keçirilməsini müsbət qiymətləndirdik. Gənclərimizin, mütəşəkkil qüvvə kimi bir araya gətirilməsi baxımından Azərbaycan evlərinin böyük əhəmiyyət kəsb etdiyini, belə tədbirlərə intensiv şəkildə ev sahibliyi etməsinin önəmini vurğulayıb, forumdan gözləntiləri barədə fikirlərini bölüşdülər.
Sonra görüşümüzü konsert proqramı ilə davam etdirdik. Yenicə tanış olduğum dostlarımın pianoda ifa etdiyim milli musiqilərimizi məniml birlikdə oxumaları, görüşümüzə gözəl bir ahəng qatdı və tədbirin daha da maraqlı keçməsinə səbəb oldu.
Növbəti gün 2 fevral 2024 –cü il tarixində Gənclər Günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu öz işinə başladı. “Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən tədbirə, xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, həmçinin digər gənc dostlarımın qeyd etdiyim mövzu ətrafında etdiyi çıxışlar və gələcək perspektivlərlə bağlı irəli sürdükləri fikirlər, hamı kimi məndə də böyük maraq, təəssürat yaratdı. Forumun məruzəçilərindən biri kimi, mən də etdiyim çıxışımda böyük fəxarətlə, Qalib ölkənin qalib vətəndaşı olmağından qürur duyduğumu söylədim. Və onu da bildirdim ki, doğma vətənimiz haqqında dünyanın hər yerində həm mövcud həqiqətləri fəal şəkildə əcnəbilərə çatdırmaq, həm də hər birimizin məşğul olduğumuz sahələrdə əməli nümunəvi fəaliyyətimizlə ölkəmizi daim layiqincə təmsil etməyimiz üçün, biz gənclərin üzərinə çox mühüm vəzifələr düşür. Hesab edirəm ki, Ulu Öndərimiz Heydər Əliyevin biz gənclərə etdiyi vəsiyyət olan“ Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!” kəlamını heç bir Azərbaycan gənci unutmamalı və harada yaşamasından asılı olmayaraq, bunu özünün vəzifə borcu bilməlidir!
Artıq bir müddətdir ki, xaricdə 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradılan “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərindən biri kimi apardığımız təbliğatlarda da söylədiyim kimi, bir daha bildirmək istyirəm ki, XXI əsrdə tarixə zəfər salnaməsini yazan xalqımız ,7 fevralda keçiriləcək Prezident seçkilərinə fəal şəkildə qatılaraq, ən layiqli namizədinə səs verəcək, tarixə yeni şanlı səhifəsini yazacaq! Bu tarixi gündə fəxrlə iştirak etmək üçün mən doğma vətənimə, dəyərli namizədimizə – əsrimizin Fatehinə səs verməyə gəldim. Böyük zəfərlər naminə irəli dostlar! Qələbə hər zaman bizimlədir”.

 

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər