BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib.

Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Mənzillə təmin olunan şəhid İbrahim Vəlizadənin həyat yoldaşı Billur Vəliyeva deyib: “Mən şəhid yoldaşı olmaqdan fəxr edir, bu adı daşımaqdan qürur duyuram. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edirəm”.Mənzillə təmin olunan qazi Cehun Bayramov deyib: “Mən 2004-cü ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığım müddətdə hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısını üzərimdə hiss etmişəm. Liseyi bitirdikdən sonra xidməti davam etdirdim. Bu gün torpaqlarımız düşmən tapdağından azad olunub. Bundan sonra da qazi kimi hər zaman dövlətimizin yanındayıq. Bizim bu gün mənzillə təmin olunmağımız ailəmizə böyük sevinc bəxş etdi”.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilib.Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunub.Azərbaycan Respublikasının “Əməkdar tibb işçisi” fəxri adı ilə təltif olunan şəhid anası Yəmən Abbasova əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.Təltif olunanlardan Xəlil Fərəcov, Yusif Seyidov, Anar Əhmədov, Sahəddin Quliyev, Elman Novruzov, Telman Rzayev, Vilayət Sadıqov, Ramin Hacıyev, Elman Əkbərov, İsmayıl Gülməmmədov və digərləri əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 18 iyul tarixli Sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayevanın və STEAM təhsili üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.Təqaüdçü gənc Kamal Qafarov deyib: “Muxtar respublikada STEAM təhsil metodu tətbiq olunur. Bununla da mənim kimi yüzlərlə şagird öz ideyalarını, intellektual səviyyələrini nümayiş etdirə bilirlər. Mən də 8 nömrəli tam orta məktəbdə yaradılan şəraitdən istifadə edərək STEAM təhsil sahəsində muxtar respublikamızı bir çox tədbirlərdə təmsil etmişəm. Yaradılan müasir təhsil şəraitinə və verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edirəm. Söz verirəm ki, bundan sonrakı təhsil həyatımda daha da səylə çalışacaq və göstərilən etimadı doğruldacağam”.Şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki yeni yaşayış binalarında yerləşir.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər